Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ÜST-dən onlarla uşağın ölümünə səbəb olan dörd dərman barədə xəbərdarlıq

Baş verənlərlə əlaqədar ÜST Hindistandakı tənzimləyicilərlə və şirkətin özü ilə əlavə araşdırmalara başlayıb...

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ölümcül təhlükəli dörd öskürək və soyuqdəymə siropu ilə bağlı xəbərdarlıq edib. Təşkilatının oktyabrın 6-da verdiyi məlumata əsasən, bunlar “prometazin” oral məhlulu, uşaqlar üçün “Kofexmalin” və “Makoff” öskürək siropları, həmçinin soyuqdəyməyə qarşı “Magrip N” siropudur.

Qurum Hindistanın “Maiden Pharmaceuticals” şirkəti tərəfindən hazırlanan bu preparatların Qambiyada 66 uşağın ölümü ilə əlaqəli ola biləcəyini bildirib və sözügedən dərmanların başqa ölkələrdə də istifadə edilmiş ola biləcəyi barədə xəbərdarlıq edib.

ÜST rəhbəri Tedros Adhanom Qebreyesus da jurnalistlərə açıqlamasında bildirib ki, laboratoriya analizləri sözügedən preparatların tərkibində dietilen qlikol və etilen qlikolun “qəbuledilməz” miqdarı aşkarlayıb, hansı ki sözügedən maddələr zəhərlənmələrə və kəskin böyrək çatışmazlığına gətirib.

Baş verənlərlə əlaqədar ÜST Hindistandakı tənzimləyicilərlə və şirkətin özü ilə əlavə araşdırmalara başlayıb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı qərar

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Köç karvanı Şuşaya çatıb, açarlar sakinlərə təqdim edilib - Yenilənib 

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Ən çox oxunanalar