Çərşənbə, 28 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda 22 ağac kəsilməsi ilə bağlı cinayət işi başlanılıb

Bakıda “Sabah Residence” MTK-nın 22 ağac kəsməsi ilə bağlı cinayət işi başlanılıb...

PİA.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Qurumun Cinayət təqibindən kənar icraatlar idarəsində vətəndaşların ərizələri, media və səlahiyyətli dövlət qurumlarının məlumatları əsasında Bakı və Mingəçevir şəhərləri, habelə YardımlıBalakən rayonları ərazilərində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.

Araşdırmalarla paytaxtın Nərimanov rayonu ərazisində fəaliyyət göstərən “İnteks” MMC-nin istifadəsində olan dövlət mülkiyyətində olan torpaq sahəsində, Səbail rayonu ərazisində “Sabah Residence” MTK-nın xüsusi mülkiyyətində olan torpaq sahəsində 22 ədəd ağacın qanunsuz kəsilməsi nəticəsində ekosistemə 194 min manatdan çox məbləğdə maddi ziyanın dəyməsi müəyyən edilib.

Qeyd edilən faktlara görə Cinayət Məcəlləsinin 259.2.3 və 259.2.4-cü (külli miqdarda ziyan vurmaqla, habelə qulluq mövqeyindən istifadə etməklə ağac kəsmə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

General Rəfail Mehdiyev həbs edilə bilər: Milyonlarla vəsait yoxa çıxıb    

Polis rəisinin içərisində olduğu avtomobil qəzasına aydınlıq gətirilib

Bərdədə 22 yaşlı gəncin qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanıb - Yenilənib  

Ramil Səfərovun həyat yoldaşı, BDU rektorunun müşaviri... – Ağdamda xanım namizəd qalib gələcək?

Bu proqramla telefonunuzda kart hesablarınızı oğurlayırlar

Bütün Qafqazdan insanlar 3500 il öncə bura gəlib, yemək yeyiblər - Qərbi Azərbaycan Xronikası    

Zelenski Kursk əməliyyatından danışdı: “Bizə yad torpaqlar və insanlar lazım deyil”

Ən çox oxunanalar