Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yaşıllıqların mühafizəsi və götürülməsinə dair ictimai dinləmə keçirilib

Dövlət Ekoloji Ekspertiza Agentliyi (DEEA) tərəfindən növbəti ictimai dinləmə keçirilib...

Dövlət Ekoloji Ekspertiza Agentliyi (DEEA) tərəfindən yaşıllıqların mühafizəsi və götürülməsi ilə əlaqədar icra hakimiyyəti nümayəndələri, bələdiyyələr, həmçinin media təmsilçilərinin iştirakı ilə növbəti ictimai dinləmə keçirilib. Tədbirin məqsədi yaşıllıqların götürülməsinə dair ekoloji rəyin alınması sahəsində şəffaflığın təmin edilməsi, bələdiyyə və icra hakimiyyəti orqanlarına yaşıllığın götürülməsi üçün verilmiş rəylərin icra vəziyyətinin müzakirəsi, həmçinin ictimaiyyət və jurnalistlər üçün maarifləndirmə xarakterli olub.

DEEA-nın İdarə Heyətinin sədri Mirsalam Qənbərov bildirib ki, fəaliyyətləri çərçivəsində müraciətlərin operativ cavablandırılması, dövlət qurumları və vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlığın qurulması agentliyin əsas prinsiplərindən biridir.

AZƏRTAC xəbər verir ki, Bakı şəhəri Nəsimi, Nizami və Xətai rayon icra hakimiyyəti rəsmilərinin və bələdiyyələrinin iştirakı ilə təşkil olunan görüşdə ətraf mühitin yaxşılaşdırılması, yaşıllıqların qorunması, müraciətlərə operativ cavab verilməsi, yaşıllığın mülkiyyətçiləri tərəfindən ağac və kolların cari vəziyyəti ilə bağlı mütəmadi monitorinqlərin keçirilməsi, xüsusən təhlükə yaradan, xəstə, qurumuş ağacların vaxtlı-vaxtında aşkarlanaraq müvafiq addımların atılması ətrafında rəylər bildirilib.

Tədbirdə, həmçinin səsləndirilən təkliflərə dair fikir mübadiləsi aparılıb və praktikada ortaya çıxan çətinliklərin həll yolları axtarılıb.

Qeyd edək ki, DEEA tərəfindən mütəmadi olaraq paytaxt Bakı şəhərində və regionlarda bu cür maarifləndirici ictimai dinləmələrin keçirilməsi nəzərdə tutulub.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minlərlə hərbiçi, çox sayda texnika - Kursk əməliyyatının təfərrüatları açıqlanıb

Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb - Yenilənib

Rusiyaya böyük zərbə: Putin Nikolayın səhvini təkrarladı

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - Möhbalıyevin "sərgüzəştləri"

Seçicilər Ülvi Quliyevlə görüşmək istəmirlər, çünki… 

"Qarabağ"ın play-off qazancı bəlli oldu - Məbləğ

Prezident Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib - Yenilənib

Rafael Hüseynov Rəncbərdə seçicilərlə görüşüb - Fotolar 

Fəzail İbrahimli Göytəpədə seçicilərlə görüşüb - Fotolar 

UEFA Superkuboku: "Atalanta" "Real Madrid"ə qarşı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay