Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan və Macarıstan XİN başçıları görüşüb - Yenilənib

Bu haqda XİN -dən məlumat verilib...

Nyu Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb.

XİN-dən PİA.az-a verilən məlumata görə, Gorüş zamanı Azərbaycan ilə Macarıstan arasında ikitərəfli münasibətlərin inkişaf səviyyəsindən məmnunluq ifadə olunub və çoxtərəfli platformalarda əməkdaşlıq perspektivləri, habelə regional məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov bu ilin ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə əlamətdar olduğunu deyərək, xalqlarımız arasında əlaqələrin dərin tarixi kökləri olduğunu bildirib. Nazir iki ölkə arasında yüksək səviyyəli mövcud strateji tərəfdaşlığı yüksək qiymətləndirib. Nazir Ceyhun Bayramov qarşı tərəfə bölgədə mövcud olan cari vəziyyət barədə ətraflı məlumat verib.

Nazirlər ölkələrimiz arasında siyasi, iqtisadi, energetika, təhsil, humanitar, turizm və digər sahələrdə əməkdaşlığın inkişaf dinamikasını xüsusilə vurğulayıblar. Bu xüsusda, iqtisadi əlaqələrimizin genişlənməsində hökumətlərarası birgə komissiyanın rolu qeyd edilib.

Peter Siyatro Azərbaycan ilə Macarıstan arasında movcud əlaqələrin bir çox sahələrdə genişləndirmək əzmində olduğunu ifadə edib. O, Macarıstanın dost ölkə olan Azərbaycanla münasibətlərin inkişafına böyük önəm verdiyini və Azərbaycanın ərazi bütövlüyünə hər zaman hörmətlə yanaşdığını və dəstəklədiyini vurğulayıb. Nazir Macarıstanın, Azərbaycanın azad olunmuş ərazilərinin bərpası və yenidən qurulması prosesində iştirakda maraqlı olduğunu bildirib. Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın vacib tərəfdaş olduğunu deyən Peter Siyatro energetika sahəsində əməkdaşlıq planlarını diqqətə çatdırıb.

Görüşdə ikitərəfli münasibətlərin digər aspektləri, hüquq-müqavilə bazasının genişləndirilməsi, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barəsində geniş fikir mübadiləsi aparılıb.

***

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində Macarıstanın xarici işlər və ticarət məsələləri üzrə naziri Peter Siyarto ilə görüşüb.

PİA.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "Twitter" hesabında məlumat verilib.

Görüş zamanı tərəflər Azərbaycanla Macarıstan arasında dinamik şəkildə inkişaf edən ikitərəfli əməkdaşlığın gündəliyi, həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

YAP-ın deputatlığa namizədləri açıqlanıb – Siyahı

Benzinə görə bu maşınların qiyməti dəyişdi - Maşın bazarında son vəziyyət

Prezident Cəbrayıl, Qubadlı və Zəngilandakı xüsusi nümayəndəsinə müavin təyin edib

Azərbaycanda dəhşət: Bir il əvvəl itkin düşən şəxs sevgilisi ilə birlikdə intihar edibmiş

Bayden prezidentlik yarışından geri çəkiləcəyini istisna etməyib

"Fənərbaxça" Cenk Tosunla iki illik müqavilə imzalayıb

Sabir Rüstəmxanlı və İqbal Ağazadə deputatlığa namizədliyini verməyəcək

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumları 25 şəxsi cinayət başında yaxalayıb

ABŞ mediası Qarabağ müharibəsini Ukraynadakı münaqişə ilə müqayisə edib

Ən çox oxunanalar