Cümə, 05 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Anonymous” Xameneinin saytını dağıtdı

Bu barədə xaker qrupu sosial şəbəkələrə vasitəsilə məlumat yayıb...

Məşhur “Anonymous” xaker qrupu 22 yaşlı Məhsa Əmininin “əxlaq polisi” tərəfindən həbs olunmasından sonra ölümü ilə başlayan etirazlara dəstək olmaq üçün İranın Ali dini lideri Xameneinin saytını dağıdıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə xaker qrupu sosial şəbəkələrə vasitəsilə məlumat yayıb.

“OpIran” (İran əməliyyatı) adlandırılan əməliyyat zamanı xakerlər, həmçinin bir sıra yüksək səviyyəli hökumət saytlarını və etirazçıların kimliyini bəlli etməkdə istifadə olunan ölkənin müxtəlif yerlərindəki 300-dən çox təhlükəsizlik kamerasını sındırıblar.
Sındırılan bəzi hökumət saytları belədir:

İranın Milli Hökumət Portalı (Iran.gov.ir)
İran Mərkəzi Bankının rəsmi saytı (Cbi.ir)
Hökumət sözçüsü ofisinin rəsmi saytı (Dolat.ir)
İranın ali dini lideri Əli Xamneyinin rəsmi saytı (Khamenei.ir)
İran dövlət media agentliyinin rəsmi saytı IRIB Xəbər Agentliyi (Iribnews.ir)

Qeyd edək ki, İranda 22 yaşlı Məhsa Əmininin “əxlaq polisi” tərəfindən həbs olunmasından sonra ölümü ilə başlayan etirazlar artıq əksər əyalətlərə yayılıb və hər gün böyüyür.

Etirazların Kürdüstan, Qərbi Azərbaycan, Kirmanşah, Elburz, Tehran, Gilan, Rəzəvi Xorasan, Yəzd, Xürrəmabad, Sənəndəc, Urmiya, Məşhəd, Kirman, Mahabad, Divandərə və Bükan vilayətlərində davam etdiyi bildirilir. Paytaxt Tehranda isə Vəliəsr küçəsi, Vəliəsr meydanı, Danışcu parkı, Lalə parkı, Keşavərz bulvarı, Hicab küçəsi, Fatimi küçəsi və İnqilab küçəsi kimi insanların sıx olduğu yerlərdə keçirilən etirazlara xeyli sayda iranlı qatılıb. Yüzlərlə insanın iştirak etdiyi nümayişlərə polis gözyaşardıcı qazla müdaxilə edib, nümayişçilər zibil qablarını yandıraraq yollara barrikadalar qurmağa çalışıblar. Rəsmi mənbələrə görə 3, müxalif medianın iddiasına görə isə artıq etirazlarda 5 nəfər ölüb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan Dövlət Akademik Filarmoniyasında əməliyyat keçirilib

Rafiq Quluyevin rəhbərlik etdiyi rayonda obyekt səkidə tikilib? - Foto

Bu gün Ramiz Mehdiyevin kürəkənin məhkəməsidir: Proses süni şəkildə uzadılır? - Sensasion detallar

Prezident İlham Əliyev Astanada “ŞƏT plyus” formatında görüşdə çıxış edib - Yenilənib

Lukaşenko: Dərhal “İsgəndər”lə zərbə endirəcəyik!

Bakıda sirli bina: İçərisində ruhlar gəzirlər?

Azərbaycanda tikinti şirkətinin vəzifəli şəxslərinə cinayət işi açılıb

Ən çox oxunanalar