Çərşənbə axşamı, 10 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ceyhun Bayramov Azərbaycan səfirliklərinin mühafizəsini təmin etməyən ölkələri tənqid edib

"Təbii ki, ciddi şəkildə tələblərimizi qoyuruq"...

“Onun (Azərbaycandakı “səfirliklərin yüksək standartlarla mühafizəsi” – red.) təşkil edilməsi müəyyən mənada Azərbaycan dövlətinin götürdüyü beynəlxalq öhdəliklərə nə qədər böyük məsuliyyətlə yanaşmasının bariz bir nümunəsidir”.

PİA.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Real TV”yə müsahibəsində deyib.

O xatırladıb ki, BMT-yə üzv olan bütün dövlətlər Vyana Konvensiyasının üzvüdür. Nazir bildirib ki, Konvensiyaya əsasən, beynəlxalq münasibətlərin təməl prinsiplərindən biri hər bir qəbul edən dövlətin diplomatik missiyanın və diplomatların təhlükəsizliyini yüz faiz təmin etməsindən ibarətdir.

“Bu kimi təxribat xarakterli addımlara, radikal erməni qruplaşmaları tərəfindən bizim diplomatlarımıza, diplomatik missiyalarımıza qarşı hücumlara münasibət bildirərkən, ilk növbədə, onu qeyd etmək istərdim ki, hər bir qəbul edən tərəfin öhdəliyi təhlükəsizliyin təmin olunmasıdır. Burada vəziyyət eyni deyil. Biz bu təxribatları bir çox ölkədə görürük. Elə ölkələr var ki, özləri qabaqlayıcı tədbirlər görür. Bəzi hallar olur ki, biz özümüz onları məlumatlandırırıq və onlar tez, çevik, operativ tədbirlər görürlər və bunun qarşısını alırlar. Amma, əfsuslar olsun ki, bəzi hallarda, yumşaq desək, qəbul edən tərəfin reaksiyası və addımları buna adekvat deyil. Biz belə olan təqdirdə, təbii ki, ciddi şəkildə tələblərimizi qoyuruq, səfirlər dəvət olunur, onlara etiraz notaları verilir ki, bu təmin edilsin”, - XİN başçısı vurğulayıb.

C.Bayramov söyləyib ki, eyni zamanda, artıq hansısa vandallıq, terror xarakterli vandallıq hadisələri baş veribsə, onlar mütləq şəkildə araşdırılmalı, günahkarlar məsuliyyətə cəlb edilməlidir: “Bu mütləq şəkildə həyata keçirilməlidir. Azərbaycan dövləti olaraq israrlı şəkildə bunun üzərində dayanırıq. Hesab edirik ki, bu cəzasızlıq mexanizmi növbəti təxribatlar üçün yol açır və onu stimullaşdırır. Ona görə bu nəzarətimizdə saxlanılacaq”.

Xatırladaq ki, son günlər bir qrup erməni radikalları Azərbaycanın Fransa, Livan və Gürcüstandakı səfirliklərinə basqın ediblər.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Masajda ölən iki yaşlı uşağın atası: "Prosedur zamanı şoka düşdü" - Yenilənib

Əməkdar jurnalist telekanala rəhbər təyin olundu - Foto

Məşhur karate ustasının həbsi ilə bağlı yeni detallar: "Yeniyetmə qızlara porno göstərib"

Yeni qaydalar gənc hərbiçilərin mənzillə təmin olunmasında nə qədər rol oynayacaq?

Azərbaycanda onlayn oyunlara qurşanan tələbə yoxa çıxdı

Süni bahalaşmaya son qoyulur: Cəza tədbirləri başladı

Ərəstun Oruclu: İran bütün hədəflərini, məqsədlərini Rusiya ilə bağlamaq istəmir...

Ucarda qaçırılan 16 yaşlı qız niyə geri qayıtmaq istəmir?

Politoloq: Ermənistanın Konstitusiya Məhkəməsi sənədə “veto” qoya bilər...

İran XİN: Biz regionda sərhədlərin dəyişdirilməsi cəhdinə qəti etirazımızı bildiririk

Ən çox oxunanalar