Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranda növbəti ali rəhbər kim ola bilər?

Hələ 2017-ci ildə bir çoxları İranın hazırkı prezidenti İbrahim Rəisinin ali rəhbər postuna hazırlandığı barədə fikirlər irəli sürürdülər...

Son günlər İranın ali rəhbəri Ayətullah Əli Xameneinin səhhətinin pisləşməsi və ya dünyasını dəyişməsi barədə yayılan məlumatlar fonunda onun mümkün siyasi varisi barədə mülahizələr yenidən aktuallıq kəsb etmişdir. 

Amma həmin mövzu Xameneinin sağlamlığı ilə bağlı şayiələrin yayılmasından əvvəl də İranın gündəmində idi və bunun səbəbi avqustun 9-da “Yaşıl Hərəkat”ın liderlərindən biri, on ildən artıqdır ev dustaqlığında saxlanılan Mirhüseyn Musəvinin bəyanatı olmuşdur. Həmin bəyanatda Musəvi ölkənin ən yüksək post olan ali rəhbər vəzifəsinin irsən ötürülməsi ehtimalından söz açaraq, soruşurdu: “Məgər 2500 illik şahlıq geri qayıdıb ki, oğul atadan sonra hakimiyyətə yiyələnsin?!” 

Ölkədə geniş müzakirələrə səbəb olan bu bəyanatda söhbətin Ayətullah Xameneinin ikinci oğlu, 53 yaşlı Müctəba haqqında getdiyini məlum idi. 

Maraqlıdır ki, vaxtilə ali rəhbər postuna yiyələnməkdə Müctəba Xameneiyə rəqib ola bilən və ya bu işə təsir göstərmək imkanı olan dini-siyasi şəxsiyyətlərin əksəriyyəti artıq meydanda yoxdur: onların bir çoxu (məsələn, Ayətullahlar Misbah Yəzdi, Mahmud Şahrudi, Əkbər Haşimi-Rəfsəncani və s.) dünyasını dəyişmiş, bəziləri də (məsələn, Ayətullah Sadiq Amoli Laricani) siyasi səhnədən uzaqlaşdırılmışdır. Üstəlik, son illər atasının səyləri ilə ölkədə siyasi hakimiyyətin bütün qolları mühafizəkar cinahın ixtiyarına verilmişdir ki, bu da Müctəbanın ali rəhbər postuna gedən yolunu xeyli hamarlaşdırmışdır. Bu yolda əsas maneələrdən biri Müctəbanın müctəhidlik məqamının təsdiqlənməsi idi ki, son vaxtlar, deyəsən, bu məsələ də yoluna qoyulmuşdur. Belə ki, avqustun 24-də Qum Elmi Hövzəsinin rəsmi saytı Müctəba Xameneinin fiqh və üsul dərsləri barədə dərc etdiyi elanda onu “Ayətullah” kimi təqdim etmişdir. 

Hələ 2017-ci ildə bir çoxları İranın hazırkı prezidenti İbrahim Rəisinin ali rəhbər postuna hazırlandığı barədə fikirlər irəli sürürdülər. Bu gün də həmin fikri bölüşənlər vardır. Lakin, prezident olduğu bir il ərzində Rəisinin performansı həmin versiyanı əsaslı şəkildə zəiflətmişdir. Belə görünür ki, Rəisi ali rəhbər postu uğrunda mübarizədə nəinki Müctəbaya rəqib, əksinə, ona yol açacaq bir fiqur kimi nəzərdən keçirilməlidir. 

Müctəba ilə ciddi rəqabət apara bilən şəxs isə hakimiyyət strukturlarında, dini dairələrdə və ən başlıcası, cəmiyyət içərisində hələ də güclü dayaqları olan islahatçı və mötədil cinahdan irəli sürülə bilər və bu, böyük ehtimalla, İslam Respublikasının banisi Ayətullah Xomeyninin nəvəsi Həsən Xomeyni olacaq. Qeyd edək ki, cari ildə azı iki dəfə Həsən Xomeyninin iştirakı ilə keçmiş prezidentlər Məhəmməd Xatəmi, Həsən Ruhani və eks-spiker Natiq Nurinin təfərrüatı açıqlanmayan görüşləri baş tutmuşdur. İran mediası parlamentin keçmiş spikeri Əli Laricaninin də sözügedən qrupla bir olduğunu bildirmişdir. 

Son vaxtlar Xomeyninin digər nəvəsinin – Əli Xomeyninin də ali rəhbər postuna namizəd ola biləcəyi ilə bağlı ehtimallar irəli sürülür. Hazırda Nəcəfdə yaşayan 37 yaşlı Əli Xomeyni İraq şiələrinin lideri Ayətullah Sistaninin nəvəsi ilə evlidir və İraqdakı son proseslər kontekstində münasib namizəd kimi nəzərdən keçirilə bilər. Üstəlik, qardaşı Həsəndən fərqli olaraq, onun İrandakı əsas siyasi cinahlarla normal münasibətləri var və Ayətullah Xamenei ilə də qarşılıqlı rəğbətinin olduğu bildirilir.

Ümumilikdə, Ayətullah Xameneidən sonra ali rəhbər postu uğrunda İran hakimiyyəti və dini elitası daxilindəki qruplaşmalar arasında ciddi mübarizənin baş verəcəyini söyləmək olar və bu prosesdə ən sürpriz ssenarilərin gerçəkləşməsi ehtimalı da istisna deyil. Şübhəsiz, son illərdə ölkənin siyasi-hərbi həyatında aparıcı mövqeyə çıxmış, İran iqtisadiyyatının azı yarısına, ölkənin nüvə və raket proqramlarına nəzarət edən İslam İnqilabının Keşikçiləri Korpusu (“Sepah”) da bu prosesə seyrçi qalmayacaq və onun mövqeyi ciddi əhəmiyyət kəsb edəcəkdir.       

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Azərbaycanda tüğyan edən saxta “endirim minnətinə” qarşı necə mübarizə aparmaq olar?

Deputatın 64 yaşlı qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb

Qətlə yetirilən tələbə barədə detallar: Könül sonuncu telefon danışığını kiminlə edib? - Video

Lənkəranda itkin düşmüş 22 yaşlı qadının boğularaq öldürüldüyü müəyyən olunub, tanışı tutulub

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - Yenilənib

Türkiyədə hələ də dövlət çevrilişi edə biləcək qurumlar və güc mərkəzləri mövcuddur?

Bakıda evi satan kirayənişin ölkədən qaçıb - Rəsmi

Paşinyan: Ermənistan sərhədçiləri artıq 10 gündür ki, Bağanis-Voskepar ərazisində xidmət aparır

Bakıda tıxacın aradan qaldırılması məqsədilə yeddi layihə icra olunacaq

Bakıda 15 yaşlı qız özünü binadan atdı: Hadisə yerindən görüntülər - Video

Slovakiyanın prezidenti güllələnən baş nazirin son durumunu açıqlandı - Yenilənib

Ən çox oxunanalar