Cümə axşamı, 23 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Naxçıvanda Ümumdünya Şahmat Olimpiadası keçiriləcək

Naxçıvanda 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadası keçiriləcək...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən verilən məlumata görə, bununla bağlı Ümumdünya Şahmat Federasiyası (FIDE) qərar qəbul edib.

Bildirilib ki, yarışa hazırlıq və qarşıda duran vəzifələr barədə müşavirə keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirəni açıb, muxtar respublikada şahmatın inkişafı sahəsində görülən işlərdən bəhs edib.

Naxçıvan Şahmat Federasiyasının sədr müavini, Təşkilat Komitəsinin üzvü Emin Hacıyev olimpiadaya hazırlıq işləri ilə bağlı məlumat verib. Qeyd olunub ki, Naxçıvan Şahmat Mərkəzində təmir işləri aparılıb, FIDE-nin standartlarına uyğunlaşdırılıb, elektron şahmat lövhələri alınıb. Olimpiadanın rəsmi internet səhifəsi və əsasnaməsi hazırlanaraq Beynəlxalq Şahmat Federasiyasına göndərilib və məlumatlar federasiyanın rəsmi internet səhifəsində yerləşdirilib. Bu günədək 25 ölkədən 34 komanda qeydiyyatdan keçib.

Azərbaycan Şahmat Federasiyasının prezidenti, Təşkilat Komitəsi Sədrinin müavini Mahir Məmmədov olimpiadaya yüksək səviyyədə hazırlığa görə Ali Məclisin Sədrinə minnətdarlıq edib, Naxçıvanda ölkə səviyyəli yarışlarla yanaşı, dünya səviyyəli turnirlərin da təşkil olunduğunu, Naxçıvan Şahmat Mərkəzinin müasir səviyyədə qurulduğunu, oyunların keçirilməsi, hakimlərin təşkilatlanma və idarəetməsi, azarkeşlərin rahat şəkildə oyunları izləməsi üçün bütün şəraitin olduğunu bildirib, olimpiadaya hazırlıq və yarışların keçirilməsi ilə bağlı məsələlərdən danışıb.

Vasif Talıbov müşavirədə aidiyyəti üzrə tapşırıqlar verərək olimpiadanın yüksək səviyyədə keçiriləcəyinə əminliyini bildirib, qarşıya qoyulan vəzifələrin icrasında müşavirə iştirakçılarına uğurlar arzulayıb.

Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası bu ilin oktyabrında təşkil olunacaq.

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Baş nazirin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti İranda səfərdədir - Yenilənib

Tehran Rəisinn helikopterinin qəzaya uğraması ilə bağlı yeni təfərrüatlar açıqlayıb

Rəisinin helikopterinin qəzaya uğramasının qaranlıq tərəfləri...

Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinə müdir təyin olunub

Ədalət Verdiyev: Qərbə arxayın olmaq Ukrayna üçün faciələr yaratdı...

Nazir: Pensiyaçıların 10 faizi xüsusi şərtlərlə alanlardır

Politoloq: İsrail beynalxalq hüququ ayaqlar altına atır, Qərb isə öz qurduğu sistemi məhv edir...

Jurnalist binalarında bütün kommunal xidmətlər dayandırılır

Daxili Qoşunların Ali Hərbi Məktəbinin adı dəyişdirilib

Bakının əsas prospektlərindən biri təmirə bağlanır

Azərbaycanda ana autizmli övladlarını qəsdən zəhərləyib?

Ən çox oxunanalar