Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Macarıstan Avropa İttifaqından çıxarıla bilər

O, bu uçurumdan uzaqlaşmaq, ya da risk edib tullanmaq barədə qərar verməlidir...

“Macarıstan hökumətinin Avropa bloku ilə Rusiya arasındakı münasibətlərlə bağlı mövqeyi ölkənin Avropa İttifaqından çıxması üçün əsas ola bilər”.

Bu sözləri Çexiyanın Avropa məsələləri üzrə naziri Mikulaş Bek “Cesky rozhlas Plus” radiostansiyasının efirində deyib.

O, Budapeştin mövqeyinin blokun digər ölkələrinin mövqeyi ilə tez-tez ziddiyyət təşkil etdiyini vurğulayıb.

“Aİ-də danışıqlar çox vaxt çətin olur və bir çox ölkələr tərəfindən aparıla bilər. Amma Macarıstan, mənim fikrimcə, bir növ uçurumun kənarına qədər uzun bir yol qət edib. İndi o, bu uçurumdan uzaqlaşmaq, ya da risk edib tullanmaq barədə qərar verməlidir. Sonuncunun nəticələrini təxmin etmək istəmirəm”, - deyə nazir bildirib.

Bek yekunda bildirib ki, yaxın aylarda Macarıstanı Brüssellə razılaşmağa inandırmağa çalışacaq.

Xatırladaq ki, sentyabrın 9-da Macarıstanın xarici işlər naziri Peter Siyarto Brüsseldə Aİ nazirlərinin görüşü zamanı Rusiyaya qarşı sanksiyaların davam etdirilməsinə şübhə ilə yanaşdığını bildirib. O, buna səbəb kimi Avropa iqtisadiyyatının çökməsini əsas gətirib. Bundan əlavə, Siyarto Rusiya qazı üçün qiymət tavanına qarşı çıxıb və Budapeştin belə layihələrdə iştirakda maraqlı olmadığını qeyd edib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

YAP-ın deputatlığa namizədləri açıqlanıb – Siyahı

Benzinə görə bu maşınların qiyməti dəyişdi - Maşın bazarında son vəziyyət

Prezident Cəbrayıl, Qubadlı və Zəngilandakı xüsusi nümayəndəsinə müavin təyin edib

Azərbaycanda dəhşət: Bir il əvvəl itkin düşən şəxs sevgilisi ilə birlikdə intihar edibmiş

Bayden prezidentlik yarışından geri çəkiləcəyini istisna etməyib

"Fənərbaxça" Cenk Tosunla iki illik müqavilə imzalayıb

Sabir Rüstəmxanlı və İqbal Ağazadə deputatlığa namizədliyini verməyəcək

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumları 25 şəxsi cinayət başında yaxalayıb

ABŞ mediası Qarabağ müharibəsini Ukraynadakı münaqişə ilə müqayisə edib

Ən çox oxunanalar