Çərşənbə, 28 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zakir Qaralovun xəstəliyi bilindi: Kəskin qaraciyər serrozu

Onun təcili əməliyyat keçirməsinə ehtiyac var...

Xəbər verdiyimiz kimi, Azərbaycanın sabiq baş prokuroru Zakir Qaralovun ölkədən çıxışına icazə verilməyib. Dünən bəlli olub ki, keçmiş prokurorun Azərbaycanı tərk etməsinə qadağa qoyulub. Belə ki, səhhətiylə bağlı Almaniyaya getmək istəyən Z.Qaralov hava limanından geri qaytarılıb.

Yenisabah.az məsələnin təfərrüatını dəqiqləşdirməyə müvəffəq olub. Qohumlarından biri saytımıza deyib ki, Z.Qaralov kəskin qaraciyər serrozundan əziyyət çəkir. Onun təcili əməliyyat keçirməsinə ehtiyac var. Həkimlərin qənaətinə görə, sözügedən əməliyyatin yaxın vaxtlarda gerçəkləşməyəcəyi təqdirdə, xəstəliyin müalicəsi mümkünsüz olacaq. 

Mənbə deyib ki, sabiq baş prokuror iki dəfə Mərkəzi Gömrük Hospitalında həkim müayinəsindən keçib. Onu dünya şöhrətli cərrah, transplantoloq Mircəlal Kazımi müayinə edib. Hətta xəstəyə əməliyyatın burda da gerşəkləşməsinin mümkün olduğu söylənilib.

Qohumunun sözlərinə görə, Almaniyaya getməyi Z.Qaralov özü istəyib. O, həm səhhətini qarantiyaya almaq, həm də "Tərtər işi" fonunda yaranmış burulğandan uzaqlaşmaq üçün ölkəni tərk etməyə çalışır. 

Yaxın qohumu onu da deyib ki, Z. Qaralov Almaniyaya getmək fikrindən daşınmayıb. O, bu arzusunu reallaşdırmaq üçün yüksək vəzifəli şəxslərə minnətçi düşüb və onların köməyilə Almaniyada müalicə olunacağına ümid edir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

General Rəfail Mehdiyev həbs edilə bilər: Milyonlarla vəsait yoxa çıxıb    

Polis rəisinin içərisində olduğu avtomobil qəzasına aydınlıq gətirilib

Bərdədə 22 yaşlı gəncin qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanıb - Yenilənib  

Ramil Səfərovun həyat yoldaşı, BDU rektorunun müşaviri... – Ağdamda xanım namizəd qalib gələcək?

Bu proqramla telefonunuzda kart hesablarınızı oğurlayırlar

Bütün Qafqazdan insanlar 3500 il öncə bura gəlib, yemək yeyiblər - Qərbi Azərbaycan Xronikası    

Zelenski Kursk əməliyyatından danışdı: “Bizə yad torpaqlar və insanlar lazım deyil”

Ən çox oxunanalar