Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Abşeronda vətəndaş qəbulları keçirilib - Fotolar

RİH başçısı Abdin Fərzəliyev sakinlərlə görüşüb...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin operativ həlli ilə bağlı göstərişlərinə uyğun olaraq Abşeron rayonunda vətəndaş qəbulları keçirilir.

Abşeron Rayon İcra Hakimiyyətinin inzibati binasında və eləcə də rayonun Pirəkəşkül-Qobustan və Fatmayı kəndlərində sakinlərlə keçirilən qəbullarda RİH başçısı Abdin Fərzəliyev, hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak ediblər.

Qəbulda çıxış edən Abdin Fərzəliyev Abşeron rayonunda əhalinin sürətli artımının müşahidə olunduğunu və bununla əlaqədar olaraq bir sıra ehtiyacların meydana gəldiyini, məktəb və bağçalarda sıxlığın yarandığını bildirib. Rayonun kənd və qəsəbələrində olan problemlərin öyrənildiyini və onların tez bir zamanda həlli istiqamətində proqramların hazırlandığını vurğulayan RİH başçısı Abşeronda həyata keçirilən infrastruktur layihələri barəsində məlumat verib.

Sonra çıxış edən sakinlər sənədsiz torpaq sahələrinin sənədləşdirilməsində, kənd ərazisinin içməli su təminatının yaxşılaşdırılmasında, marşrut xəttlərinin müasir standartlara uyğunlaşdıırımasında, elkektrik enerjisinin təminatı istiqamətində layihələrin icra olunmasında, inşası yarımçıq qalmış bağça binasının tikintisinin başa çatdırılmasında, tibb məntəqəsinin təmir olunmasında, təhlükəsizlik kamaralarının quraşdırılmasında və digər məsələlərin həllində köməklik göstərilməsini xahiş ediblər.

Qəbullarda sakinlər tərəfindən qaldırılan məsələlər yerindəcə həll olunub, digərlərinin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində Rusiya Prezidenti Vladimir Putinlə şam ediblər

Qardaşının hesabına Milli Məclisdə lövbər salan deputat...

Rusiya Prezidentinin Azərbaycana səfəri başlayıb

Malik Həsənov Lotu Qulinin öldürüldüyü hoteli satıb?

Bakının 8 rayonu və Abşeronda iki gün su olmayacaq

Deputatlığa namizəd Əlibala Məhərrəmzadənin bu çıxışı dindarları qəzəbləndirdi - Video

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu

Sevgi münasibətlərində birinci kim üzr istəməlidir? – Psixoloq danışdı

Maliyyəçi Elnur Rəhimovu “Bakı Tikiş Evi”ndən parlamentə kim və necə daşıyır?..

Ən çox oxunanalar