Şənbə, 06 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İtlər sahibləri üçün darıxdığından göz yaşı belə tökə bilərlər

Alimlər belə qənaətə gəliblər ki, "kiçik dostlarımız" olan itlər bizim üçün o qədər darıxırlar ki, bir müddət ayrılıqdan sonra görüşdükləri an göz yaşı belə tökməyə qadirdirlər.

Sirr deyil ki, itlərlə sahibləri arasında əlaqə digər ev heyvanları ilə müqayisədə daha emosionaldır. "Gizmodo" yazır ki, yeni araşdırmada alimlər sübut ediblər ki, işə getdikdə və ya müəyyən səbəblərdən onları evdə tək qoyduğumuz zaman bizim üçün o qədər darıxırlar ki, qayıdanda xoşbəxtlikdən göz yaşı tökürlər.

Yapon alimi Takefumi Kikusuinin sözlərinə görə, bu araşdırmanın aparılmasına onun özünün bəslədiyi heyvanlar səbəb olub. Belə ki, bu yaxınlarda körpə balalarını əmizdirərkən həmişəkindən daha yaraşıqlı görünən pudellərindən birinin gözlərinin yaşla dolması Kukusuini belə bir araşdırma aparmağa ruhlandırıb.

PİA.az AZƏRTAC-a istinadən bildirir ki, eksperiment üçün alimlər iyirmi it seçib, onları müxtəlif şəraitli yerlərdə saxlayıb, göz səthində gözyaşının həcmini ölçüblər. Qeyd edək ki, dörd ayaqlılarda göz yaşının tökülməsi insanlarda olduğundan bir qədər fərqlidir - onların gözlərində daha çox gözyaşı mayesi yığıla bilər və o, bu qədər tez tökülmür.

Tədqiqatçılar üç ssenari işləyib hazırlayıblar. Belə ki, birinci halda sahiblər heyvanlarının yanında qalır, ikincidə 6-7 saatlığa vidalaşıb, sonra yenidən görüşürlər, üçüncü halda isə təkcə sahibləri ilə deyil, kənar insanlarla da qarşılıqlı əlaqədə olurlar. Eksperimentin nəticələri göstərib ki, birinci və üçüncü ssenaridə heyvanlarda göz yaşının həcmi demək olar ki, dəyişməyib. Lakin ikinci ssenarinin nəticələri əhəmiyyətli dərəcədə fərqlənib. Belə ki, sahibləri ilə görüş zamanı qısa və ya uzunmüddətli ayrılıqdan sonra onların gözləri yaşla dolub.

Araşdırmanın nəticələri göstərib ki, itlər və insanları birləşdirən ortaq bir məxrəc var - biz xoşbəxtlikdən və sevdiklərimizlə birləşməkdən ötrü göz yaşı tökməyə hazırıq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xankəndidə əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışı olub - Yenilənib

Azərbaycan lideri Xankəndi Konqres Mərkəzinin təməlini qoyub -Yenilənib

Prezident Xankəndidə əsaslı təmir və bərpadan sonra “Palace” hotelinin açılışında iştirak edib - Yenilənib

Prezident “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib - Yenilənib

İlham Əliyev Şuşada Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib - Yenilənib

Prezident Şuşada Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışında iştirak edib

Əlahiddə Ümumqoşun Ordusunun komandanı təyin edilən Kənan Seyidov kimdir? - Dosye

Elşad Miri masonların Bakı toplantısında iştirak edib?

Natiq Miri: Böyük Britaniyada leyboristlərin hakimiyyətə gəlməsi ilə ciddi dəyişikliklərin anonsu verilir...

AVRO-2024: İspaniya ilk yarımfinalçı olub -  Yenilənib

Ən çox oxunanalar