Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan nümayəndələri Sərsəng su anbarında... - Rəsmi Bakı bunu ermənilərə necə qəbul etdirdi?

Azərbaycan Sərsəng su anbarında bölgü apardı...

Politoloq: “Son zamanlar ermənilər də başa düşdülər ki, əgər Sərsəng su anbarı ilə bağlı Azərbaycanın tələbləri yerinə yetirilməzsə, bu dəmir yumruğun onların üzərinə növbəti dəfə gəlməsi ilə nəticələnəcək”.

“Sadəcə olaraq Ermənistanın xaricdən idarə olunan kütləvi informasiya vasitələri cəmiyyətdə gərginlik yaratmaqla məşğuldurlar”.

Bu sözləri politoloq Zaur Məmmədov Azərbaycan nümayəndələrinin Sərsəng su anbarına baxış keçirmələrini PİA.az-a şərh edərkən qeyd edib.

Dünən Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndələri rus sülhməramlılarının nəzarətində qalan Sərsəng su anbarına baxış keçiriblər və su bölgüsünün aparılmasının müzakirə edilib. Bunu “Qisas” əməliyyatından sonra Bakının əldə etdiyi nailiyyətlərdən biri kimi dəyərləndirmək olar.

Bəs daha əvvəl belə bir baxışı rədd edən ermənilərin indi su bölgüsünə razılıq vermələrinin səbəbini necə izah etmək olar? Hansı şərtlər erməniləri buna vadar etdi? Demək olarmı ki, separatçı ermənilər artıq Azərbaycana inteqrasiyadan başqa yollarının olmadığını başa düşürlər?

Qarabağda son baş verənləri PİA.az-ın əməkdaşı Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov ilə müzakirə edib.

Zaur Məmmədov: “Hər kəsə məlumdur ki, ermənilərin gücü olsaydı onlar heç zaman Sərsəng su anbarına azərbaycanlıları buraxmazdılar”.

Dünən Azərbaycan nümayəndələrinin Sərsəng su anbarına getməsini erməni mediasının çox təəccüblə qarşıladığını nəzərə çatdıran politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, ermənilər Sərsəng su anbarının hər zaman Azərbaycana aid olmasını bilməlidirlər:

“Bəzən, bəzi şəxslər tərəfindən uydurma məlumatlar yayılır. Kimlərsə, cəmiyyəti aldatmaq istəyir ki, guya Qarabağın dağlıq hissəsinə Azərbaycan tərəfindən nəzarət olunmur. Guya rus sülhməramlılarının nəzarəti altında olan bölgə ilə bağlı tamamilə başqa planlar var və s. Amma fakt ondan ibarətdir ki, Qarabağın dağlıq hissəsinə rus sülhməramlılarının gəlişi, son baş verənlər də bir daha təsdiq edir, bölgə kəndindən, şəhərinə qədər tam olaraq Azərbaycanın nəzarətindədir.

Gərəgdiyi anda biz oradan erməni hərbiçilərini, terrorçu qrupları da təmizləyə bilərik. Hətta lazım olanda çox strateji məntəqələrdə əsgərlərimizi yerləşədirə bilərik. Avqustun əvvəlində Azərbaycanın apardığı çox müdhiş və incə hərbi əməliyyat nəticəsində biz Sarıbaba, Qırxqız kimi yüksəklikləri əldə etdik. Bundan əvvəl də Fərrux yüksəkliyi Azərbaycan ordusunun nəzarətinə keçmişdi. Həm Fərrux, həm də Qırxqız yüksəklikləri o deməkdir ki, Sərsəng su anbarına yol tapmaq çox asan məsələdir. Yəni Sərsəng su anbarı Azərbaycan ordusunun ayaqları altındadır.

Dünən Azərbaycan nümayəndələrinin Sərsəng su anbarına getməsini erməni mediası çox təəccüblə qarşıladı. Amma onlar çox yaxşı bilməlidirlər ki, Sərsəng su anbarı hər zaman Azərbaycana aid olub. Bərdənin, Tərtərin və Qarabağdan uzaq olan bölgələrin suvarma sistemində Sərsəng su anbarının xüsusi rolu var. Ümumiyyətlə, Sərsəng su anbarı olmadan Qarabağda həyatın mövcudluğu çətinləşər. Buna görə də Sərsəng su anbarı çox vacib bir strateji obyekdir.

Zaur Məmmədov: “Bu gün Ermənistan əhalisi çox ciddi depressiya içindədir. Sərsəng su anbarında, Laçında, Xankəndində olan vəziyyət onların heç marağında da deyil”.

Son zamanlar ermənilər də başa düşdülər ki, əgər Sərsəng su anbarı ilə bağlı Azərbaycanın tələbləri yerinə yetirilməzsə, bu “dəmir yumruğun” onların üzərinə növbəti dəfə gəlməsi ilə nəticələnəcək. Bu və ya digər şəkildə bizimkilər Sərsəng su anbarında olmalı idilər.

Ermənilərin başqa yolları yox idi. Bu Azərbaycanın ultimatumumu və tələbi əsasında baş verdi. Hər kəsə məlumdur ki, ermənilərin gücü olsaydı onlar heç zaman Sərsəng su anbarına azərbaycanlıları buraxmazdılar. Amma ermənilər Azərbaycan torpağındadır. Buna görə də Azərbaycan hökuməti istədiyi fəaliyyəti Qarabağda göstərə bilər.

Heç kəs bizim qarşısımızı kəsə bilməz.Bunu rus sülhməramlıları da, yeri gələndə Ermənistanın müxtəlif hökumət nümayəndələri də başa düşür. Sadəcə olaraq Ermənistanın xaricdən idarə olunan kütləvi informasiya vasitələri cəmiyyətdə gərginlik yaratmaqla məşğuldurlar. Onlar Azərbaycan ordusuna qarşı döyüşməyəcəklərini çox yaxşı bilirlər. Buna görə də onlar uzaqda olaraq Ermənistanda anti-türk əhvalının ortadan qalxmaması üçün əllərindən gələni edirlər. Amma fakt ondan ibarətdir ki, Ermənistan əhalisi bu gün Azərbaycan ordusundan qorxur. Bu gün Ermənistan əhalisi çox ciddi depressiya içindədir. Sərsəng su anbarında, Laçında, Xankəndində olan vəziyyət onların heç marağında da deyil”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Birlikdə özlərini meşədə asan boşanmış qadının və 11 yaş kiçik sevgilisinin fotoları - Video, Yenilənib

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

YAP-ın deputatlığa namizədləri açıqlanıb – Siyahı

Benzinə görə bu maşınların qiyməti dəyişdi - Maşın bazarında son vəziyyət

Prezident Cəbrayıl, Qubadlı və Zəngilandakı xüsusi nümayəndəsinə müavin təyin edib

Bayden prezidentlik yarışından geri çəkiləcəyini istisna etməyib

Sabir Rüstəmxanlı və İqbal Ağazadə deputatlığa namizədliyini verməyəcək

"Boşanmış qadınla ailə qurarasınız?" - Sorğu, Video

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumları 25 şəxsi cinayət başında yaxalayıb

"Birləşdik - 2024" beynəlxalq təlimi başa çatıb - Yenilənib

Ən çox oxunanalar