Bazar ertəsi, 08 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İnsanlarda zaman duyma hissi dəyişib

Alimlər insanların zaman duyğusunun yavaşladığını və bunun COVID-19 pandemiyası ilə bağlı olduğunu hesab edirlər.

Braziliyalı alimlərinin araşdırması göstərir ki, COVID-19 pandemiyası insanların zamanın gedişinin duyma tərzini dəyişib. Tədqiqat iştirakçılarının əksəriyyəti bildirib ki, zaman daha yavaş hərəkət etməyə başlayıb, alimlər də bunu "zamanın genişlənməsi" hissi adlandırıblar. "SciTechDaily" yazır ki, insanın demək olar ki, heç bir işi çatdıra bilmədiyi halda "zamanın təzyiqi" kimi bir anlayış praktiki olaraq yox olub.

Braziliyanın San-Paulu ştatındakı ABC Federal Universitetinin alimləri COVID-19 pandemiyasının pik vaxtında 5 ay ərzində onlayn sorğular vasitəsilə apardıqları tədqiqatın nəticələrini dərc ediblər.

İlkin olaraq 4 minə yaxın insan tədqiqatda iştirak etmək qərarına gəlsə də, tədqiqatın sonuna qədər alimlərin bütün suallarını yalnız 900 respondent cavablandırıb, onların da 75 faizi qadın olub.

"Nəticələr göstərib ki, özünü depressiyada və tənha hiss edən insanlar vaxtın əvvəlkindən daha yavaş keçdiyini hesab edirdilər. Lakin onlar çox stressli vəziyyətlərdə olanda vaxt onlar üçün daha sürətlə uçurdu", - deyə ABC Federal Universitetindən Andre Kravo qeyd edib.

Məlumatlar göstərib ki, respondentlərin 65 faizi üçün vaxt daha yavaş keçməyə başlayıb, 75 faizi isə artıq vaxt çatışmazlığı hissinin olmadığını bildirib. Alimlər hesab edirlər ki, həyat ritminin özünün dəyişdiyi üçün pandemiya insanların zaman duyma hissinə təsir edib. Araşdırmanın nəticələri göstərib ki, gənclərdə zaman duyma hissi daha çox yavaşlayıb.

"Pandemiyanın iştirakçıların ümumilikdə zamana dair təsəvvürünü dəyişdiyinə baxmayaraq, o, onların qısa zaman müddətlərinin davamlılığını hiss etmək qabiliyyətinə təsir etməyib", - deyə Kravo vurğulayıb. (publika.az)

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vilayət Eyvazov qətlə yetirilən zabitin vida mərasimində - Foto

Dənizdə batan qadını xilas edərkən özü boğuldu

“Müharibə Rusiya dağılanda dayanacaq” - Qritsak

Ərdoğandan Türkiyə millisinə dəstək - Fotolar

QMİ Məhərrəm ayı ilə bağlı - Müraciət etdi

Britaniyanın yeni naziri ilk səfərini bu ölkəyə etdi

Ukrayna Rusiyada silah anbarına vurdu - Əhali köçürülür - Video  

Bu gün II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçirilib - Yenilənib

Bakıda axtarışda olan şəxs tərəfindən öldürülən polis kapitanı dəfn edilib

Ən çox oxunanalar