Cümə axşamı, 29 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Britaniya kəşfiyyatının rəhbəri: Rusiya bu ssenaridən Suriya və Balkanlarda istifadə edib

İşğal günündə hərəkat başlamazdan bir saatdan az əvvəl Rusiya Ukrayna ordusu, hökuməti və mülki şəxslərin istifadə etdiyi “Viasat” peyk şəbəkələrini hədəfə alıb...

“Genişmiqyaslı işğaldan sonra 6 ay ərzində Rusiya Ukraynaya qarşı informasiya müharibəsində uğur qazana bilməyib. Kəşfiyyat xarakterli saxta informasiyalar isə asanlıqla yox edilib”.

Böyük Britaniya kəşfiyyatının rəhbəri Ceremi Fleminq “The Economist” jurnalına yazdığı məqalədə bu fikirləri səsləndirib.

“Fevralın 24-də başlayan işğal hərəkatında olduğu kimi, ilkin onlayn planları iflasa uğrayıb. Prezident Putin Ukrayna və Qərbdəki informasiya müharibəsini tamamilə uduzub. Bu, bayram üçün səbəb olsa da, biz Rusiyanın dezinformasiya siyasətinin dünyanın digər yerlərində necə işlədiyini düzgün qiymətləndirməliyik”, - deyə yazıda qeyd edilib.

Britaniya kəşfiyyatının rəhbəri kibermübarizənin də fiziki müharibə qədər qəddar və dağıdıcı olduğunu söyləyib.

Ceremi Fleminqin bildirdiyinə görə, hücumdan bir ay əvvəl Rusiya hərbi kəşfiyyatı Ukrayna hökumət sistemlərini məhv etmək və zədələmək üçün “WhisperGate” zərərli proqram təminatını hazırlayıb.

İşğal günündə hərəkat başlamazdan bir saatdan az əvvəl Rusiya Ukrayna ordusu, hökuməti və mülki şəxslərin istifadə etdiyi “Viasat” peyk şəbəkələrini hədəfə alıb. Hücum qonşu ölkələrə də yayılaraq, külək stansiyalarından internetə çıxışa qədər bütün xidmətlərə sirayət edib.

Lakin birgə səylərlə bu problemlər tez bir zamanda aradan qaldırılıb.

Fleminq onlayn dezinformasiyanın Rusiyanın Ukrayna və onun hüdudlarından kənarda çaşqınlıq və xaos yaratması kampaniyasının əsas hissəsinə çevrildiyini bildirib. Rusiya bu ssenaridən əvvəllər, xüsusən də Suriya və Balkanlarda istifadə edib.

Ceremi Fleminq Britaniya kəşfiyyatının bu dezinformasiyanın qarşısını almaq üçün müharibə xəbərdarlığından tutmuş, kəşfiyyat məlumatlarının sürətli açıqlamalarına, Rusiyanın yalanlarının təkzibinə qədər bütün addımları atdığını vurğulayıb.

O, Ukraynanın 2014-cü ildə Krımın işğalından sonra Rusiyanın kiberhücumlarından qorunmaq üçün “rəqəmsal qala” qurduğunu, rəsmi Kiyevin bu sahədə olduqca effektiv çalışdığını əlavə edib. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İçkili vəziyyətdə maşın sürən namizəd: Nigar Məmmədovanın qəza törətməsi necə gizlədilib?

Qısa müddətdə milyonçu-oliqarxa çevrilən namizəd: Mehriban Vəliyeva çox bahalı villasını necə tikdirib?

Prezident və Birinci xanım “Sea Breeze”də LANDAU Məktəbinin və “The Grand” apart hotelinin açılışında iştirak ediblər - Yenilənib

Latviya 2028-ci ildən qadınlar üçün məcburi hərbi xidmət tətbiq edə bilər

Durovun həbsi Fransaya baha başa gəldi: 17 milyard dollarlıq müqavilə donduruldu

Sahib Məmmədov nazir müavini vəzifəsindən ayrıldı

Kəlbəcərdə heyvan cəsədlərinin görüntüləri ilə bağlı araşdırma başlanıb - Rəsmi

“Veysəloğlu” ölkədən böyük pul çıxarıb – Hüquqşünas rəyi

Ziya Məmmədov vətəndaşın torpağını əlindən alıb – Şikayət

Tanınmış həkim 2 min manata görə qətlə yetirilibmiş - Təfərrüat

Türkiyə Rusiya S-400 HHM sistemlərindən imtina edir

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay