Cümə, 04 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fransa seçicilərinin yarısı Makrona qarşı impiçment planını dəstəkləyir

Fransa seçicilərinin yarısı sol müxalifətin Emmanuel Makronu prezident səlahiyyətlərindən məhrum etmək üçün impiçment tələb edən qətnaməni parlamentə təqdim etmək niyyətini dəstəkləyir...

APA xəbər verir ki, bunu BFMTV kanalının sifarişi ilə Elabe sosioloji xidmətinin keçirdiyi ictimai rəy sorğusunun nəticələri sübut edir.

Sorğuda iştirak edənlərin 49%-i “Tabe Olmayan Fransa” partiyasının Makronun impiçmentini tələb edən qətnaməni parlamentin Milli Assambleyasına (aşağı palatası) təqdim etmək niyyətini dəstəkləyib. Onların 50%-i isə bunun əleyhinə çıxıb.

Sorğu 27-28 avqust tarixlərində yaşı, cinsi, peşəsi, dini və yaşayış bölgəsi əsasında seçilmiş 18 yaşdan yuxarı min Fransa sakini arasında onlayn rejimdə aparılıb.

Solçu müxalifətin nümayəndələrinin dövlət başçısının impiçmentinə müraciət etməyinin səbəbi, Makronun namizədliyi Yeni Xalq Cəbhəsi alyansı tərəfindən irəli sürülən iqtisadçı Lüsi Kasteni baş nazir postuna təyin etməməsidir.

Respondentlərin 63%-i növbədənkənar seçkilərdən 7 həftə keçməsinə baxmayaraq Fransada yeni hökumətin formalaşmamasında prezidenti və onun tərəfdarlarını günahlandırır.

74% iştirakçı isə əmindir ki, impiçment cəhdi istənilən nəticəyə gətirib çıxarmayacaq.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olub - Yenilənib

“Qarabağ” “Malmö”yə məğlub olub - Yenilənib

Prezident Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib - Yenilənib

Zəngilan rayonunda “Sarıqışlaq” Su Elektrik Stansiyası istifadəyə verilib - Yenilənib

Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - Yenilənib

Bakı metrosunda xətlər üzrə intervallar bərpa olunub - Yenilənib 

Bakıda “Fransanın Afrikada neokolonializm siyasəti” mövzusunda beynəlxalq konfrans keçirilib

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın işinin təşkili üçün işçi qruplar yaradılacaq

Qurban Qurbanov: "Malmö" ilə oyunda xeyli sayda qol epizodlarımız oldu"

ABŞ-nin dövlət borcu iki gündə rekord həddə artdı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay