Cümə, 04 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zaxarova: Nəqliyyat kommunikasiyalarının açılması regionun maraqlarına cavab verməlidir

Əgər “Şimal-Cənub” nəqliyyat dəhlizindən danışırıqsa, o zaman əsas iş Azərbaycan və İranla təmasda aparılır...

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Report”un Cənubi Qafqaz regionunda kommunikasiyaların açılması "Şimal-Cənub" dəhlizinin bir hissəsi kimi Zəngəzur marşrutunun reallaşması ilə bağlı sualını cavablandırarkən deyib.

O qeyd edib ki, Azərbaycanın qərb rayonlarını Ermənistan ərazisindən keçməklə Naxçıvanla birləşdirməli olan marşrut Rusiya, AzərbaycanErmənistanın baş nazir müavinlərinin birgə sədrliyi ilə Cənubi Qafqazda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılması üzrə üçtərəfli işçi qrupu çərçivəsində müzakirə olunur.

“Üçtərəfli işçi qrupunda iş üçtərəfli razılaşmalar [Azərbaycan, Rusiya Federasiyası prezidentləri və Ermənistan baş nazirinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı] çərçivəsində həyata keçirilir”, - o bildirib.

M.Zaxarovanın sözlərinə görə, Moskvanın Bakı ilə İrəvan arasında kommunikasiyaların açılması ilə bağlı mövqeyi aydındır və hamıya yaxşı məlumdur.

“Biz müvafiq razılaşmaların əldə edilməsi, tərəflərin qarşılıqlı razılığı və qarşılıqlı məqbul şərtlər əsasında həyata keçirilməsi və bunun həm Azərbaycanın, həm Ermənistanın, həm də onların qonşularının maraqlarına cavab verməsi mövqeyindən çıxış edirik”, – o əlavə edib.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olub - Yenilənib

Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib - Yenilənib

“Qarabağ” “Malmö”yə məğlub olub - Yenilənib

Prezident Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib - Yenilənib

Zəngilan rayonunda “Sarıqışlaq” Su Elektrik Stansiyası istifadəyə verilib - Yenilənib

Bakı metrosunda xətlər üzrə intervallar bərpa olunub - Yenilənib 

İlham Əliyev Cəbrayılda alkoqolsuz içki məhsulları istehsalı kompleksinin təməlini qoyub - Yenilənib

Ayxan Hacızadə: Litva XİN rəhbərinin Azərbaycana qarşı səsləndirdiyi fikirlər qəbuledilməzdir

"İdman TV"nin direktoru işdən çıxarıldı - Yenilənib

Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - Yenilənib

Bakıda “Fransanın Afrikada neokolonializm siyasəti” mövzusunda beynəlxalq konfrans keçirilib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay