Çərşənbə axşamı, 27 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Nar” nüfuzlu beynəlxalq mükafata layiq görüldü

“Nar” “Stevie® Awards” beynəlxalq biznes mükafatına layiq görülüb.

Mobil operator bu il müştəri məmnuniyyəti nominasiyası üzrə “Stevie®” mükafatına layiq görülən yeganə Azərbaycan şirkəti oldu. “Nar”ın son üç il ərzində Müştəri Loyallığı İndeksi üzrə (Net Promoter Score) Azərbaycan mobil rabitə bazarındakı liderliyi və eləcə də, çoxfunksiyalı “Nar+” tətbiqi mükafatın münsifləri tərəfindən xüsusi vurğulanıb.

“Stevie® Awards” 2002-ci ildə ABŞ-da təsis olunub, məqsədi dünya üzrə biznes sahəsində fəaliyyət göstərən şirkətlərin və şəxslərin nailiyyətlərini mükafatlandırmaq və müsbət örnək kimi tanıtmaqdır.

2019, 2020 və 2021-ci illərdə keçirilən müstəqil araşdırmalar nəticəsində ardıcıl olaraq müştərilərin yüksək loyallığını qazanan “Nar” Azərbaycanda müştəri yönümlü biznes siyasəti, sərfəli qiymətləri ilə tanınır.

“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Rəqibindən Nəsiman Yaqublunun faciəvi ölümünə reaksiya

Kardioloq ürək üçün ən təhlükəli 7 vərdişi açıqlayıb

Tramp ABŞ-ın Ukraynaya görə sursatsız qaldığını deyib

Bakıda yataqxanada baş verən yanğın zamanı 5 nəfər təxliyə olunub - Yenilənib

BQXK Azərbaycanda saxlanılan Qarabağ separatçılarına baş çəkib

Makron Durovun saxlanılmasına münasibət bildirdi

Laçın Şəhəri Günü Həkəri çayının sahilində müxtəlif tədbirlərlə davam edib

Ən çox oxunanalar