Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çin XİN Nensi Pelosinin Tayvana səfərinə görə ABŞ-a xəbərdarlıq edib

Çin Xarici İşlər Nazirliyi Konqres Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvan adasına səfəri ilə bağlı ABŞ-a xəbərdarlıq edib.

“Report” xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Çjao Litszyan brifinqdə danışıb.

Onun sözlərinə görə, Çin Pelosinin səfərinə cavab olaraq suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün bütün tədbirləri görəcək:

“Çin Xarici İşlər Nazirliyi Pelosinin Tayvana səfərinə qəti şəkildə qarşı çıxır və onu pisləyir. ABŞ və Tayvan boğazda status-kvonu dəyişdirmək üçün çox təhlükəli oyun oynayırlar. Onun Tayvana səfəri Çinin daxili işlərinə kobud müdaxilə, ÇXR-in suverenliyi və ərazi bütövlüyünün, vahid Çin prinsipinin ciddi şəkildə pozulması, eyni zamanda Tayvan boğazı bölgəsində sülh və sabitliyə əhəmiyyətli təhlükədir. Pelosinin Tayvana səfəri regionda sülh və sabitliyi pozur, separatçı qüvvələrə yanlış siqnallar verir. Çin tərəfi bir daha ABŞ tərəfini xəbərdar edir ki, ÇXR yüksək hazırlıq vəziyyətindədir, Çin Xalq Azadlıq Ordusu heç bir halda buna biganə qalmayacaq və ölkənin suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün mütləq güclü və təsirli cavab tədbirləri görəcək”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Birlikdə özlərini meşədə asan boşanmış qadının və 11 yaş kiçik sevgilisinin fotoları - Video, Yenilənib

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

YAP-ın deputatlığa namizədləri açıqlanıb – Siyahı

Benzinə görə bu maşınların qiyməti dəyişdi - Maşın bazarında son vəziyyət

Prezident Cəbrayıl, Qubadlı və Zəngilandakı xüsusi nümayəndəsinə müavin təyin edib

Bayden prezidentlik yarışından geri çəkiləcəyini istisna etməyib

Sabir Rüstəmxanlı və İqbal Ağazadə deputatlığa namizədliyini verməyəcək

"Boşanmış qadınla ailə qurarasınız?" - Sorğu, Video

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumları 25 şəxsi cinayət başında yaxalayıb

"Birləşdik - 2024" beynəlxalq təlimi başa çatıb - Yenilənib

Ən çox oxunanalar