Şənbə, 06 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putindən qaçan Çubays xəstəxanaya yerləşdirilib - İflic ola bilər

Teleaparıcı Kseniya Sobçak bildirib ki, “Rosnano” korporasiyasının keçmiş rəhbəri Anatoli Çubays Avropa klinikalarından birində reanimasiyadadır.

“Çubays reanimasiyadadır, indicə Avdotya ilə danışdım (Çubaysın həyat yoldaşı - red.). Vəziyyəti qeyri-stabildir”, - Sobçak qeyd edib.

O, Anatoli Borisoviçin şəxsi şərhini də dərc edib: “Mən “Guillain-Barre” sindromu diaqnozu ilə Avropa klinikalarından birinə yerləşdirildim. Vəziyyətim orta ağırdır” - mesajda deyilir.

Qeyd edək ki, “Guillain-Barre” sindromu əzələ zəifliyinə, ağrıya və ya uyuşmalara səbəb olan və daha ağır hallarda xəstəlik iflicə səbəb olan bir immunitet sistemi xəstəliyidir.

Məlum olduğu kimi, Çubays Rusiyanı tərk etməzdən bir gün əvvəl Rusiya prezidentinin dayanıqlı inkişaf və beynəlxalq təşkilatlarla əlaqələr üzrə xüsusi nümayəndəsi vəzifəsindən istefa vermişdi. Hakim “Vahid Rusiya” da ölkəni tərk edən Çubaysı “xəyanətdə” ittiham edib.

Rusiyada özəlləşdirmənin “atası” hesab olunan Anatoli Çubaysın  həbs oluna biləcəyi haqda iddialar da var. Belə ki, “Rosnano”nun yeni rəhbəri Sergey Kulikov Baş Prokurorluğa müraciət edərək qurumun 2010-cu ildən 2020-ci ilə qədər fəaliyyətini yoxlamaq xahişi ilə məktub göndərib. Bu illərdə isə “Rosnano”ya Çubays rəhbərlik edib. Bundan əlavə, Hesablama Palatası “Rosnano”da 513 milyon rubl zərər aşkar edib - auditorlar bunu “fırıldaqçılıq əlamətləri“ hesab edirlər. Bundan əlavə, şirkət qaytarılmayan 10 milyard rubl kredit alıb.

TASS hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən xəbər verir ki, Rusiya hüquq-mühafizə orqanları “Rosnano”nun keçmiş rəhbəri Anatoli Çubaysın Avropa banklarında gizlədilmiş hesabları barədə məlumatları yoxlayır. Mənbənin sözlərinə görə, hazırda hüquq-mühafizə orqanları Çubaysın ətrafından olan insanları dindirir.

Güc strukturları Çubaysın Avropa banklarında gizli hesablarında bir neçə milyard ola biləcəyini güman edir. “Ola bilsin ki, bu pullar qeyri-qanuni yolla əldə olunub” deyə, agentliyin mənbəsi bildirib. Bundan əvvəl isə Rusiya mediası Çubaysın Peredelkini kəndindəki villası haqda yazmışdı. Ekspertlər bu əmlakın dəyərini 2 milyard rubldan (25 milyon dollar) baha qiymətləndirirlər. Çubaysın istefasında Putinin İsveçrədə gizlənmiş düşməni Mixail Xodorkovskinin yaydığı bir videomüraciətlə də əlaqələndirirdilər. Xodorkovski qısa videosunda Çubays da daxil bir neçə oliqarxın adını çəkərək onları Ukrayna məsələsində qəti mövqe ortaya qoymağa çağırmışdı. “Əks halda siz mənim düşmənimsiniz, inciməyin” deyə, Xodorkovski müraciətinin sonunda bildirmişdi.

Anatoli Çubaysın əvvəl Türkiyədə olduğu deyilsə də, daha sonra onun İsrailə yerləşdiyi təsdiqlənmişdi. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xankəndidə əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışı olub - Yenilənib

Azərbaycan lideri Xankəndi Konqres Mərkəzinin təməlini qoyub -Yenilənib

Prezident Xankəndidə əsaslı təmir və bərpadan sonra “Palace” hotelinin açılışında iştirak edib - Yenilənib

Prezident “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib - Yenilənib

Əlahiddə Ümumqoşun Ordusunun komandanı təyin edilən Kənan Seyidov kimdir? - Dosye

AVRO-2024: İspaniya ilk yarımfinalçı olub -  Yenilənib

İlham Əliyev Şuşada Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib - Yenilənib

Prezident Şuşada Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışında iştirak edib

Natiq Miri: Böyük Britaniyada leyboristlərin hakimiyyətə gəlməsi ilə ciddi dəyişikliklərin anonsu verilir...

Elşad Miri masonların Bakı toplantısında iştirak edib?

Ən çox oxunanalar