Bazar ertəsi, 29 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Siz nə etdiniz, Anar müəllim?

Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətində təmsil olunan və ya sadəcə olaraq birlik üzvü statusu daşıyan imzaların bir çoxu deyirlər ki, hazırkı sədr Anar Rəsuloviç olmasaydı, adıçəkilən qurum çoxdan dağılıb getmişdi. Güya, çox hörmətli Anar müəllim öz nüfuzundan istifadə edərək birliyi qoruyub saxlayıb. Üstəlik, iddia edirlər ki, 85 yaşlı sədrin dövründə, yəni son 35 il ərzində Anar müəllim AYB-nin nüfuzuna nüfuz qatıb.

Əvvəla onu deyim ki, bu iddiaların hamısı yalandır və ya uydurmadır.

Birincisi, Yazıçılar Birliyi sovet dövründən qalma ədəbi birlikdir və strukturu, mexanizmi 1934-cü ildə, yarananda necə idisə, elə indi də elədir. Yəni 1991-ci ildən sonra Baltikyanı ölkələr istisna olmaqla keçmiş 15 sovet respublikasının heç birində bu qurum ləğv edilməyib.Əksinə, bəzi hallarda Rusiya həmin qurumların ayaqda qalması üçün həmin ölkələrin ədəbi birliklərinə ianələr ayırıb (Məsələn, Qazaxıstan, Belarus, Qırğızıstan və sair) ki, Kreml həmin ölkələrdəki nüfuz dairəsini itirməsin. Bu baxımdan, bizdə də Anar və ya bir başqasının orada sədr olması heç nəyi dəyişməyəcəkdi. Kreml və ya onun buradakı əlaltıları, funksioneri AYB-ni ayaqda tutmağa çalışacaqdılar. Yəni söhbət ondan gedir ki, Anar və onun yazıçı nüfuzunun bu məsələyə əşhədü dəxili yoxdur.

İkincisi, Anar elə də böyük nüfuza malik yazıçı deyil. Heç post-sovet məkanında da düz-əməlli tanımırlar. Hətta Çingiz Abdullayev qədər də nüfuzu yoxdur. Anar Rəsuloviç müstəqillik dövründə ancaq AYB -yə prezident tərəfindən ayrılan pullarla öz kitablarını xaricdə çap etdirib, özü də sovet dövründə yazdığı əsərləri... Onu da satmayıb ha, paylayıb.

Həmin əsərlər indi nəinki Avropaya, Yaponiyaya, heç Madaqaskar oxucusuna da lazım deyil. Sözümün canı odur ki, Anar həmin pullara daha istedadlı gənc yazarların əsərlərinin xarici dillərdə çapına nail ola bilərdi. Belə olan halda Anarın hansı nüfuzundan söhbət gedə bilər?!

Üçüncüsü, ədəbi nüfuzu böyük olmayan adam rəhbəri olduğu quruma da nüfuz qata bilməz.

Bir qurumun nüfuzu orada təmsil olunan adlı -sanlı, dünyaca ünlü imzalarla ölçülür. Gəlin baxaq, son 30 ildə AYB üzvü olan hansı yazıçı dünyanın ən məşhur ədəbi mükafatlarına layiq görülüb? Ən məşhuruna heç biri... Ortabab mükafatlara da uzaqbaşı, iki-üç nəfər (Çingiz Abdullayev, Varis və sair)... Heç Anarın da son 30 ildə hansısa beynəlxalq ədəbi mükafat qazandığını eşitməmişəm. Bəlkə də alıb, özü təvazökarlıq edib deməyibsə, o başqa məsələ...

Bəs digər ölkələrin yazıçılar birliklərinin sədrləri nə edib?

Gürcüstan Yazıçılar Birliyi Georgi Kekelidze, Ala Morçiladze kimi imzaları dünyaya çıxardı. Əsərlərini dövlətin adıçəkilən quruma ayırdığı vəsaitlər hesabına ingilis, fransız, alman, ispan, rus dillərinə tərcümə etdirdi. İndi onların əsərləri dünyada bestsellərə çevrilib. Aka Morçiladzenin təkcə 2019-cu ildə gün üzü görən əsərləri 900 min nüsxə ilə çap olunub. Georgi Kekelidzenin 2021-ci ildəki əsərlərinin tirajı 1.2 milyonu ötüb.

Əhalisi acından ölən Ermənistanın yazıçılar birliyi isə Serj Tankian imzasını brendləşdirə bildi. 1967-ci il doğumlu şairin səsi İngiltərədən də eşidilir, Norveçdən də...

Götürək, çağdaş Ukrayna ədəbiyyatını: Ukrayna Yazıçılar Birliyi Yevgeniya Çurpina, İya Kiva, Mariana Savka kimi Avropada, Amerikada, hətta uzaq Avstraliyada ün salmış imzalara sözün əsl mənasında analıq edib, onlara dəstək durub. Onların əsərlərinin dünyanın bir çox dillərinə tərcümə edilməsinə şərait yaradıb.

Hətta bir sıra ölkələrin yazıçılar birlikləri nüfuzlu bankları bu prosesə cəlb edib.

Bəs siz son 35 ildə gənc yazarların dünyaya çıxışı üçün nə etmisiniz, Anar müəllim?

Tural Turan
Şair-publisist,
Prezident mükafatçısı

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Mustafa Abbasbəyli haradadır? - Səssiz qalmaqla, yaddan çıxmaq istəyir

Qeyri-sabit hava şəraiti sabaha qədər davam edəcək 

Seçicilər Kamaləddin Qafarova od püskürdü: Tanımırıq...

Maaşlar bu qədər artacaq - Dəqiq məbləğ açıqlandı

Naxçıvanda seçki: Vasif Talıbov və oğlu yenidən namizəd olacaqlar?

Yunanıstan Türkiyənin dəniz sərhədlərini tanıdı... - İki ölkə arasında “soyuq müharibə” ortadan qalxacaq?

Hacı Məmmədovun bandasındakı şəxs azadlığa buraxıldı

ABŞ İsraili Beyrutdakı “Hizbullah” hədəflərinə hücum etməməyə çağırıb

Qəbələdə üç il əvvəl törədilən qətlin üstü açılıb

Gürcüstanda sorğu: Ölkədə yalnız iki siyasətçiyə etimad var...

Bloomberg: Koreya yarımadasındakı müharibə dünyaya 4 trilyon dollara başa gələ bilər

Ən çox oxunanalar