Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xəzərin ən gözəl adası yanıb kül oldu  - Foto

3 iyuldan başlayıb günlərlə davam edən yanğınların nəticəsində Xəzərin ən gözəl adası, Qızılağac qoruğunun ən əlçatmaz təbiət ərazisi Kürdili adası və adadakı Kurkosa kəndi yanıb. Peyk görüntülərinə görə, 1300 hektar kolluq otluq ərazi və kənd sakinlərinə istinadən 8 ev yanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Dövlət Sərhəd Xidməti məsələni gizlətməyə çalışır. Niyə?

3 iyul günorta 4 radələrində adadan tüstü çıxdığını görən kənd sakinləri 4 iyul tarixində adaya keçsə də sərhədçilər yanğının qarşısını almaqda kəndçilərin iştirakına mane olub, onları adadan uzaqlaşdırıblar. Sonra yanğın tam nəzarətdən çıxaraq adadakı Kurkosa kəndinə və külək istiqamətində adanın geri qalan hissəsinə yayılıb.

Yanğın zamanı adada sərhədçilərdən başqa heç kim olmayıb və kənd sakinlərinin dediyinə görə, sərhədçilər yanğına səbəb kimi əsgərlər zastavanın zibilləri yandırarkən ehtiyatsızlıqdan yanğının ətrafa yayılmağını göstəriblər. Zastavanın yanğın ərazisinin Şimal şərq küncündə olması və küləyin həmin saatlarda istiqaməti də kəndilərin iddiaları ilə üst üstə düşür.

Sərhədçilər uzun illərdir bu kəndin sakinlərinə bu əraziyə ancaq icazə ilə və mal qara otarmaq üçün gəlməyə icazə verirdi. Adada Qızılağac Dövlət təbiət qoruğunun da əraziləri var. Dəqiq sərhədləri heç kimə bəlli olmasa da, iddia edirlər ki, ada hamısı onlarındır, problem olanda heç yeri. Bu ada ucqarlığına və demək olar ki, yaşayış olmadığına görə turacların və bir çox başqa heyvanların əsas sığınacaq yerlərindən biri olub. ETSN və konkret olaraq Qızılağac qoruğunun rəhbərliyi bütün yanğın boyunca seyrçi olaraq baxıblar – Adanın qarşı tərəfində sahildən. ETSN hələ də təbiətə dəymiş ziyanla bağlı bir kəlmə də olsun açıqlama verməyib.

Dərə xəlvət, tülkülər keyf edir. Amma göydə peyklər var.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minlərlə hərbiçi, çox sayda texnika - Kursk əməliyyatının təfərrüatları açıqlanıb

Rusiyaya böyük zərbə: Putin Nikolayın səhvini təkrarladı

Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb - Yenilənib

Seçicilər Ülvi Quliyevlə görüşmək istəmirlər, çünki… 

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - Möhbalıyevin "sərgüzəştləri"

"Qarabağ"ın play-off qazancı bəlli oldu - Məbləğ

Prezident Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib - Yenilənib

Rusiyanın daha bir bölgəsində fövqəladə vəziyyət rejimi tətbiq edilib

UEFA Superkuboku: "Atalanta" "Real Madrid"ə qarşı

"Azinko Holdinq", "Jumeirah Bilgah Beach Hotel”... - Millətə vəkillik etməyən deputatın biznes "bacarığı"...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay