Cümə, 23 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlham Əliyev Sumqayıtda regional “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib - Yenilənib

İyulun 20-də 2 saylı Sumqayıt regional “ASAN xidmət” Mərkəzi istifadəyə verilib.

PİA.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mərkəzin açılışında iştirak edib.

Dövlətimizin başçısı 2 saylı Sumqayıt regional “ASAN xidmət” Mərkəzinin açılışını etdi.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev dövlətimizin başçısına Sumqayıtda 2-ci, ölkə üzrə isə 24-cü olan “ASAN xidmət” Mərkəzində yaradılan şərait barədə məlumat verdi.

Bildirildi ki, hazırda Sumqayıtda fəaliyyət göstərən 1 saylı regional “ASAN xidmət” Mərkəzi gün ərzində 3 minə qədər vətəndaşa xidmət göstərir. Xidmətlərə artan ciddi tələbat nəzərə alınaraq, Sumqayıtda ikinci regional “ASAN xidmət” Mərkəzi inşa edilib. Ümumilikdə, ölkə üzrə “ASAN xidmət” mərkəzlərinə bu günədək 54 milyona yaxın müraciət daxil olub.

Qeyd edildi ki, 2 saylı Sumqayıt regional Mərkəzi üçün dördmərtəbəli inzibati bina, fəvvarə, iki yerüstü avtomobil dayanacağı, kafe, istirahət və uşaq əyləncə meydançaları yaradılıb. Fasadlarda müasir texnologiyalardan istifadə edilib.

Mərkəzdə müxtəlif dövlət orqanları, özəl şirkət və müəssisələr tərəfindən Sumqayıt şəhəri, Qobustan, Xızı, SiyəzənAbşeron rayonlarında qeydiyyatda olan 700 minə yaxın vətəndaşa ümumilikdə 325 xidmət göstəriləcək. Eyni zamanda, Mərkəz ölkəmizin digər regionlarında qeydiyyatda olan vətəndaşlara da ərazi məhdudiyyəti olmadan xidmət edəcək. Bu Mərkəzdə dövlət orqanlarının fəaliyyət göstərəcək işçiləri də daxil olmaqla, ümumilikdə 192 əməkdaş və 45 könüllü çalışacaq.

Məlumat verildi ki, Mərkəzdə 220 video müşahidə kamerası, 13 monitor, 150 kompüter, 101 printer, 125 İP telefon, elektron növbə sistemini tənzimləyən 18 monitor, 2 “ASAN ödəniş” terminalı, 3 elektron rəy sorğusu (exit poll) köşkü, “108 Çağrı mərkəzi”nə zəng köşkü, elektron şikayət köşkü (Skype), mərkəzləşdirilmiş havalandırma və yanğın söndürmə sistemləri və 2 lift quraşdırılıb.

Mərkəzdə üzərində xüsusi QR kodlar əks olunan məlumat tabloları yerləşdirilib. QR kodları oxudaraq "ASAN xidmət" və "ASAN Kommunal" mərkəzlərinin, habelə "YAŞAT" Fondunun fəaliyyəti barədə məlumat əldə etmək mümkündür. Həmçinin regionlarda startapların inkişafını dəstəkləmək məqsədilə burada “INNOLAND” mərkəzi fəaliyyət göstərəcək.

Ülvi Mehdiyev Prezident İlham Əliyevə 2 saylı Sumqayıt “Asan xidmət” Mərkəzində yaradılan Asan müraciət, Rəqəmsal dövrdə dövlət xidmətləri və Mərkəzləşdirilmiş kart tədarükü sistemləri barədə məlumat verdi.

Bildirildi ki, Asan müraciət sistemi ictimai xarakter daşıyan kommunal, yol və nəqliyyat problemləri, infrastrukturun cari təmiri, abadlaşdırılması və təmizliyi ilə bağlı şikayətlərin elektron xəritə üzərində qeyd edilməklə operativ surətdə aidiyyəti dövlət qurumlarına göndərilməsini və həmin şikayətlərə baxılmanın nəticələrinin izlənilməsini təmin edən informasiya sistemidir.

Qeyd olundu ki, Mərkəzdə dövlət xidmətlərinin rəqəmsallaşdırılması və xidmətlərin göstərilməsində reaktiv və proaktiv modellərə keçidin təmin edilməsi məqsədi ilə Elektron Hökümətin İnkişafı Mərkəzi tərəfindən G2C, G2B və G2G formatında bir çox layihələr həyata keçirilib. Elektron Hökümətin İnkişafı Mərkəzi tərəfindən formalaşdırılan layihələrin ümumi sayı 25-dən çoxdur.

Həmçinin diqqətə çatdırıldı ki, müasir dövrdə plastik kartların yayılması və müxtəlif sahələrdə istifadəsinin genişlənməsi onların tədarükünə olan marağı daha da artırıb. Plastik kartların operativ şəkildə hazırlanması və istifadəsi zamanı təhlükəsizliyin təmin olunması məqsədi ilə ölkəmizdə Mərkəzləşdirilmiş Kart Tədarükü prosesinin başladılması zərurəti yaranıb.

Mərkəzdə ənənəvi olaraq “ABAD Food Hall” təşkil edilib.

***

Prezident İlham Əliyev 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - Yenilənib

Türkiyə “Zəngəzur dəhlizi”nə görə Azərbaycandan inciyib?

Mehriban xanım Əliyeva - milli-mənəvi dəyərlərimizin yorulmaz təbliğatçısı    

Politoloq: Türkiyə İsrailə təzyiqlərini artırmaq üçün Qətərdə hərbi varlığını gücləndirir...

KİV: İrəvandan Bakının COP29 dəvətinə cavab...

Ukraynanın Krasnodarda limanı vurması nəticəsində itkin düşən 17 tapılıb - Video, Yenilənib

Prezident və birinci xanım Dəşkənddə Heydər Əliyevin barelyefi önünə gül dəstləri qoyublar - Yenilənib

Kirayə evlərin qiyməti ilə bağlı şok proqnoz 

Azərbaycan Mərkəzi Bankının Baş direktoru işdən çıxıb

Nigar özündən gözəl qızlarının fotosunu paylaşdı

Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri açıqlanıb

Ən çox oxunanalar