Çərşənbə axşamı, 27 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məleykə Abbaszadə: “30 yaşlı gənc imtahan verir, amma apelyasiyaya onun atası gəlir”

“Bu gün hansı abituriyentin balı yüksəkdirsə, istədiyi ixtisasa qəbul olur”.

PİA.az xəbər verir ki, bunu “Yüksəliş” müsabiqəsinin final mərhələsinin açılış mərasimində çıxış edən Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, amma hərdən maksimal bal toplayan abituriyent bəzən tərcüməçi olmaq istəyir: “Ailəsi isə təkid edir ki, sən hüququ seç, sən hüquqa düşürsən. Yaxud genetika ilə məşğul olmaq istəyən maksimal toplayan abituriyentlərə təzyiq edirlər ki, sən həkimliyi seçməlisən. Biz təkcə gənclərlə yox, valideynlərlə də işləməliyik. Çünki valideynlər də bu prosesin iştirakçılarıdır və biz onlarla işləməyi bacarmalıyıq. Abituriyenti eşidib, ona sərbəst seçim imkanı vermək lazımdır”.

Sədr bu cür faktlarla rastlaşdığını deyib: “30 yaşında bir gənc dövlət qulluğuna imtahan verir, amma apelyasiyaya onun atası gəlir. Təsəvvür edirsiniz?! Gəlir, deyir siz uşağın balını kəsmisiniz. Yəni, valideyn 30 yaşında birini uşaq kimi qəbul edir, bəs onda onu necə hansısa qurumda bir şəxs kimi qəbul etsinlər?! Hələ də müəyyən gənclər var ki, onlar valideynlərin verdiyi komfort mühitdən kənara addım atmaq istəmirlər”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Rəqibindən Nəsiman Yaqublunun faciəvi ölümünə reaksiya

Kardioloq ürək üçün ən təhlükəli 7 vərdişi açıqlayıb

BQXK Azərbaycanda saxlanılan Qarabağ separatçılarına baş çəkib

Bakıda yataqxanada baş verən yanğın zamanı 5 nəfər təxliyə olunub - Yenilənib

Tramp ABŞ-ın Ukraynaya görə sursatsız qaldığını deyib

Makron Durovun saxlanılmasına münasibət bildirdi

Pavel Durov Hüseyn Həsənovla səhər yeməyi yeyib

Ən çox oxunanalar