Şənbə, 06 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kuleba: “Vinnitsaya hücum Rusiyanın Ukraynaya görə məsuliyyəti mövzusunda konfrans zamanı olub”

“Vinnitsaya zərbə Haaqada Rusiya Federasiyasının Ukrayna ərazisindəki cinayətlərə görə məsuliyyəti mövzusunda keçirilən konfrans zamanı baş verib”.

Bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba “Twitter” hesabında yazıb.

“Haaqada Vopke Hoekstranın (Hollandiyanın xarici işlər naziri – red.) rəhbərliyi ilə Məsuliyyət üzrə Konfrans keçirilərkən Rusiya daha bir hərbi cinayət törətdi. Vinnitsaya raket hücumunun qurbanları arasında ən azı bir uşaq həlak oldu. Biz Ukraynanın hər damla qanı və göz yaşına görə rusiyalı hərbi cinayətkarları məsuliyyətə cəlb edəcəyik”, – deyə nazir vurğulayıb.

Bu gün səhər saatlarında Kuleba Rusiya Federasiyasının Ukraynadakı cinayətlərə görə məsuliyyətə cəlb edilməsinə dair beynəlxalq konfransda iştirak edib.

Qeyd edək ki, Ukraynanın cənub-qərbindəki Vinnitsa şəhərinə raket hücumu olub. Hədəflər şəhərin mərkəzindəki mülki obyektlər olub. Azı 90 nəfərin yaralandığı və 20 nəfərin, o cümlədən üç uşağın öldüyü bildirilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əlahiddə Ümumqoşun Ordusunun komandanı təyin edilən Kənan Seyidov kimdir? - Dosye

AVRO-2024: İspaniya ilk yarımfinalçı olub -  Yenilənib

Macarıstanın Baş naziri Viktor Orban Azərbaycana səfərə gəlib - Foto

Ayın dərinliyində nə baş verir? - Məşhur iddia təsdiqləndi

Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şuşada gəziblər - Yenilənib

İspaniya - Almaniya görüşünün ən yaxşı futbolçusu açıqlanıb

Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentlərinin Şuşada qeyri-rəsmi naharı olub

Ağır xəstə olan Selin Dion 4 ildən sonra konsert verəcək

Ən çox oxunanalar