Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kənd Təsərrüfatı Nazirliyi fermerlərə çağırış edib

Biçindən dərhal sonra sonra payızlıq əkin üçün müəyyən hazırlıq işləri görülməlidir, fermerlər biçindən dərhal sonra yay şumunun aparılmasını vacib əməliyyat hesab etməlidirlər.

Bunu Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri İmran Cümşüdov deyib.

Onun sözlərinə görə, fermerlər bu istiqamətdə işlərini təşkil etməlidirlər: “Aqrotexniki əməliyyatlar içərisində ən vacib əməliyyat yay şumun aparılmasıdır, bölgələrdən və torpaq iqlim şəraitindən aslı olaraq dərin şum aparılması da bura daxildir. Şumlamanın aparılmasının vaxtı müəyyənləşməlidir. Şumlama ona görə dərhal biçindən sonra aparılmalıdır ki, bitki biçiləndən sonra torpaqda nəmlik qorunub, saxlanılır. Biz həmin torpağı anında şumlamasaq günəşin şüalarının təsirindən, tempraturdan nəmlik itir. Nəmlik itəndən sonra kotan ərazini şumlamaqda çətinlik çəkir. Bu isə həm əlavə enerji və yanacaq deməkdir. Biçindən dərhal sonra şumlayanda traktor 20 litr yanacaq yandırırsa, şumlamanın vaxtını uzadanda isə bu, 25 -30 litr yanacaq sərfiyyatı deməkdir”.

İ.Cümşüdov qeyd edib ki, torpaqlar ağır mexaniki torpaqlardırsa, həmin torpaqlarda dərin şumun aparılması tövsiyə edilir: "Eyni zamanda, iki -üç ildən bir yumşaldıcı aqreqatla torpağın dərininə yumşaldılması tövsiyə edilir ki, bitkinin kök sistemi torpağa yaxşı nüfuz edə bilsin, yağışlar torpağa hopa bilsin. Əgər torpaqda şumlama aparılmırsa, əlbəttə ki, bitkinin kök sistemi dərininə inkişaf edə bilmir və müəyyən maneələr yaradır. Eyni zamanda, suyu da akkumlyasiya edə bilmir, hava, su rejimi normal qaydada olmadığına görə, bitki normal böyüyə bilmir. Bu da məhsuldarlığa təsir edir. Amma yüngül tipli torpaqlarda şumun aparılmasına ehtiyac yoxdur. Şumu əvəz edən yüngül becərmə ilə, yəni diskli ağır mala ilə becərmə aparmaq olar”.

O, torpağın dincə qoyulmasına münasibət bildirib:"Suvarma bölgəsində torpaqların dincə qoyulmasının əleyhinəyik. Biz torpaqdan maksimum dərəcədə səmərəli istifadə etməliyik. Çalışmalıyıq ki, bir təsərrüfat ilində bir sahədən bir-iki, hətta üçüncü məhsul götürək. Amma biz həmin torpağı dincə qoyuruqsa deməli bir il ərzində biz həmin torpaqdan istifadə etmirik. Bizim dəmyə bölgələrimiz var. Dəmyə bölgələrimizdə kənd təsərrüfatı sahəsi yağmurun miqdarından aslıdır. Ona görə də, quraq dəmyə bölgələrimizdə bir ildən bir torpaq dincə qoyulur. Torpağın dincə qoymağın mahiyyəti ondan ibarətdir ki, yağış torpaqda akkumlyasiya olsun. Ümumiyyətlə, dincə qoyulmuş sahə becərilməlidir”.

Xatırladaq ki, bölgələrdə taxıl biçini başa çatmış sahələrdə yay şumunun aparılması davam edir. İyunun 6-dək ölkə üzrə 177 725 hektar sahədə yay şumu aparılıb. Yay şumu aparılan sahələr növbəti il üçün proqnozlaşdırılan taxıl əkini sahələrinin 19,3 %-ini, biçin başa çatmış ərazilərin isə 35,12 %-ini təşkil edir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Separatçı necə YAP-ın İdarə Heyətinin üzvü və deputat ola bildi?

"Alov Qüllələri"ndəki görüntü gündəm oldu - Video

Putin bu gün Azərbaycana dövlət səfəri edəcək

Aysel Səfərli seçicilərlə görüşüb - Fotolar 

Yasamalda 10 gündür çəkilən yeni zolaq sürücüləri çaşdırır - Video

Sabirabadda ərindən şiddət gördüyü deyilən müəllimlə bağlı açıqlama

Elçin Quliyev yeni generallara ali hərbi rütbələrini təqdim edib - Fotolar 

Polad Bülbüloğlu səfir kimi fəaliyyətini başa vurub

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində Rusiya Prezidenti Vladimir Putinlə şam ediblər

Azərbaycanın Türkiyəyə yola salınmış amfibiya təyyarəsi İzmirə eniş edib - Video

Abbas Araqçi xarici işlər naziri vəzifəsinə təsdiqləndi

Ən çox oxunanalar