Bazar, 08 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa Məhkəməsindən Rafiq Tağı qərarı

Avropa İnsan Hüquqları Məhkəməsi iyulun 7-də mərhum yazıçı-publisist Rafiq Tağının həyat yoldaşı Mailə Tağıyevanın şikayəti üzrə qərarını elan edib. Hüquqşünas Xalid Ağalıyevin yaydığı məlumata görə, məhkəmə Avropa İnsan Hüquqları Konvensiyası ilə qorunan yaşamaq hüququnun pozulduğu qənaətinə gəlib, Azərbaycan dövlətinin ərizəçiyə 14 min avro təzminat ödəməsini istəyib.

Fransanın Strasburq şəhərində yerləşən, hakimləri Avropa Şurasına üzv ölkələrdən seçilən Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Konvensiyasına riayət olunmasına nəzarət edir.

Azərbaycan 1949-cu ildə yaradılmış Avropa Şurasına 2001-ci ildə qoşulub, 2002-ci ildən Avropa Məhkəməsinin təsir dairəsindədir.

Bildirək ki, Rafiq Tağı 2011-ci ilin noyabr ayının 19-da Bakıda evlərinin yaxınlığında bıçaqlanıb, 4 gün sonra müalicə aldığı xəstəxanada vəfat edib. İndiyədək bu cinayətə görə məsuliyyətə cəlb edilən olmayıb.

Mailə Tağıyeva Baş Prokurorluğun 2013-cü ildə istintaqı dayandırmasından narazı qalıb, onun yerli məhkəmələrə bu barədə şikayəti isə fayda verməyib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səttar Möhbalıyev vəzifədən gedərkən nə istəyib?

Deputat Hicran Hüseynova və bacısı Fransada 5 milyon avroluq villanı sökdürüb,  yenisini tikir - Foto

27 ailəlik növbəti köç karvanı Şuşa şəhərinə çatıb -  Yenilənib

Paris-2024: İlham Zəkiyev bürünc medal qazana bilər - Yenilənib

Dövlət hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə maliyyə dəstəyi göstərəcək

Paris-2024: Lamiyə Vəliyeva növbəti medalını qazanıb

Zakir Həsənov Hikmət Mirzəyevlə birgə hərbçilərin sosial-məişət şəraiti ilə tanış olub

Kapadokiya – Türkiyənin nağıl dünyası və tarixi incisi – Fotolar

Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazanıb

Xankəndidə avtomat, pulemyot, qumbaraatan və qumbaralar tapılıb

Ən çox oxunanalar