Cümə axşamı, 23 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlət Xidməti FHN-in təqdim etdiyi pozuntularla bağlı Baş Prokurorluğa müraciət edib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti dövlət satınalmalarında ciddi qanun pozuntusu ilə əlaqədar Baş Prokurorluğa müraciət edib.

PİA.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Maddi-Texniki Təchizat İdarəsinin Dövlət Xidmətinə təqdim etdiyi yekun protokollar təhlil edilərkən müəyyən olunub ki, elektron satınalma vasitəsilə keçirilmiş açıq tenderlərdə iştirak üçün bəzi dövlət orqanları və maliyyə institutları adından təqdim edilən sənədlər saxtalaşdırılıb.

Belə ki, müxtəlif atributların və hesablama texnikası, avadanlıqlar və isitmə-soyutma sistemlərinin təmiri işləri və texniki xidmətin satın alınması üzrə keçirilmiş açıq tender prosedurlarında iştirak edən “Standart TT 2022” MMC, “Business Connection” MMC və “Furniture Art” MMC-yə aid bank arayışları və digər sənədlərə müdaxilə edilməklə saxtalaşdırılıb və dövlət satınalmalarının vahid internet portalına yüklənib.

Qeyd edək ki, satınalmalarla bağlı keçirilmiş açıq tenderdəki qanun pozuntuları barədə protokollar Fövqəladə Hallar Nazirliyi tərəfindən Dövlət Xidmətinə təqdim edilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan 24 mövqedən geri çəkilir - Mikaelyan

Baş nazirin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti İranda səfərdədir - Yenilənib

Tehran Rəisinn helikopterinin qəzaya uğraması ilə bağlı yeni təfərrüatlar açıqlayıb

Rəisinin helikopterinin qəzaya uğramasının qaranlıq tərəfləri...

Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinə müdir təyin olunub

Nazir: Pensiyaçıların 10 faizi xüsusi şərtlərlə alanlardır

Politoloq: İsrail beynalxalq hüququ ayaqlar altına atır, Qərb isə öz qurduğu sistemi məhv edir...

Ədalət Verdiyev: Qərbə arxayın olmaq Ukrayna üçün faciələr yaratdı...

Jurnalist binalarında bütün kommunal xidmətlər dayandırılır

May ayında qarın yağması nəyin xəbərçisidir?

Ən çox oxunanalar