Şənbə, 20 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Xəzəri hasarlayıb balığı da satır, kürüsünü də...” - Partiya sədrindən etiraz 

Ötən gün Azərbaycanda fəaliyyət göstərən 30-a yaxın siyasi partiya təmsilçisi işğaldan azad olunmuş CəbrayılZəngilan rayonlarına səfər edib. Onlar minatəmiziləmə işləri ilə maraqlanaraq, Həkəri çayına xeyli miqdarda kiçik balıq buraxıblar. 

Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev Yenisabah.az-a açıqlamasında səfəriin yüksək səviyyədə keçdiyini deyib: “İlk dəfə görürdüm ki, işğaldan azad olunmuş ərazilərdə bu dərəcədə yüksək səviyyəli quruculuq işləri gedir. Yol çəkilişi, yeni dəmiryolunun inşası, yeni qəsəbələrin salınması insanı xoşbəxt edir. Bizi yeni salınmış “Ağıllı kənd”ə apardılar və burada yüksək səviyyədə quruculuq işlərinin aparıldığını öz gözlərimizlə gördük. Mən belə layihələri Almaniyada görmüşdüm və Azərbaycanda da belə layihələrin olması məni çox sevindirdi”. 

18 il balıqçılıq sahəsində işlədiyini xatırladan siyasətçi deyib ki, bu sahənin inkişafına xüsusi diqqət ayrılmalıdır: “Azərbaycanda balıqçılıq sahəsinin inkişaf etdirilməsində böyük rolum olub. Mənim vaxtımda Göygöldə, Zaqatalada, Şəkidə və bir çox başqa rayonlarımızda yeni zavodlar, fabriklər tikildi. Hazırda Azərbaycanın dövlət büdcəsinin 30-40%-ni balıq sahəsindən gələn gəlirlə təmin etmək olar. Azərbaycanda dünya miqyasında dəyərli olan bir çox balıq növləri - farel, nərə balığı, sazanı və.s var. Bu balıqlarla Azərbaycan bazarında bolluq və qiymətlərin ucuzlaşmasına zəmin yaratmaq olar. Bəzi oliqarxlar, məmurlar var ki, dənizin bir tərəfin hasarlayıb balığı da satır, kürünü də. Bu adamlar özləri üçün biznes sahəsi yaradaraq, balıq bazarında süni bahalaşmaya səbəb olurlar. Mən hər zaman dənizin özəlləşdirilməsinin əleyhinə olmuşam. Öz təcrübələrimə arxalanaraq bildirmək istəyirəm ki, əgər belə halların aradan qaldırılmasını istəyiriksə, bunun üçün xüsusi dövlət  qurumu yaradılmalıdır". 

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

28 yaşlı kişi üzüyü qaytarmaq istəyən nişanlısını qətlə yetirdi - Məktəbə getməyə qoymurmuş

SOCAR-ın idarə rəisi öz qızının şirkətinə xidmət təşkil edir

Kəlbəcərdə mina partlayışlarında üç nəfər yaralanıb - Yenilənib

Əhməd Vəliyevin oğlu YAP-ın deputatlığa namizədi oldu: İngiltərəyə qədər uzanan ailə biznesi 

Elektromobillərimizi günəş enerjisi ilə şarj etmək bizə nə qazandıracaq?

“Microsoft”-la bağlı qlobal texniki nasazlıq Pentaqona təsir etməyib

Birinci Qarabağ müharibəsinin şəhidi İbrahim Vəliyev İmişlidə dəfn edilib - Yenilənib

Ağdərə rayonunun sərhədlərində mərz nişanları basdırılır

Fələstin bütün ölkələri İsraillə münasibətlərə yenidən baxmağa çağırıb

Ən çox oxunanalar