Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ülvü gümüş medal qazandı, komanda çempion oldu

İtaliyanın paytaxtı Romada güləş üzrə Matteo Pellikone turniri davam edir.

Azərbaycan Güləş Federasiyasından "Report"a verilən məlumata görə, yarışın 2-ci günündə yunan-Roma güləşi üzrə sonuncu təmsilçimiz xalça üzərinə çıxıb. Ülvü Qənizadə (72 kq) təsnifat mərhələsində 23 yaşadək güləşçilər arasında Avropa çempionu Kristian İştvan Vançaya (Macarıstan) qalib gəlib - 5:1. Güləşçimiz 1/4 finalda eyni hesabla moldovalı Valentin Petiçi üstələyib. Qənizadə yarımfinalda norveçli Haavard Yorgenseni məğlub edib - 3:1. Ancaq Ülvü finalda litvalı Kristupas Sleyvayla güləşməyib. Ayağından zədələndiyi həlledici görüşdə iştirak etməyən milli üzvü gümüş medalla kifayətlənib.

Beləliklə, millimiz reytinq turnirini 9 medalla başa vurub. 4 qızıl, 3 gümüş və 2 bürünc medal əldə edən yığmamız 148 xal toplayıb. Azərbaycan komanda hesabında 1-ci yeri tutub. Ölkəmiz 2-ci pillədə qərarlaşan Macarıstanı 46 xal qabaqlayıb. İran isə 98 xalla isə 3-cü olub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Azərbaycanda tüğyan edən saxta “endirim minnətinə” qarşı necə mübarizə aparmaq olar?

Deputatın 64 yaşlı qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb

Qətlə yetirilən tələbə barədə detallar: Könül sonuncu telefon danışığını kiminlə edib? - Video

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - Yenilənib

Lənkəranda itkin düşmüş 22 yaşlı qadının boğularaq öldürüldüyü müəyyən olunub, tanışı tutulub

Türkiyədə hələ də dövlət çevrilişi edə biləcək qurumlar və güc mərkəzləri mövcuddur?

Bakıda evi satan kirayənişin ölkədən qaçıb - Rəsmi

Paşinyan: Ermənistan sərhədçiləri artıq 10 gündür ki, Bağanis-Voskepar ərazisində xidmət aparır

Bakıda tıxacın aradan qaldırılması məqsədilə yeddi layihə icra olunacaq

Bakıda 15 yaşlı qız özünü binadan atdı: Hadisə yerindən görüntülər - Video

Məktəb direktorunun müavininin qətli törətdikdən sonra meyiti basdırdığı ərazidən görüntülər

Ən çox oxunanalar