Şənbə, 20 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Moskva ilə Nursultan arasında gərginlik və Putinin Tokayevə cavabı - Rusiya Qazaxıstan neftinin ixracına qadağa qoydu...

Prezident Kasım Jomart-Tokayevin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda bir sıra bəyanatlar səsləndirməsindən sonra Rusiya Qazaxıstan neftinin ixrac üçün daşınmasına məhdudiyyətlər qoyur.

Bu barədə “Report” “Kommersant” nəşrinə istinadən xəbər verir.

Nəşr vəziyyətlə tanış olan mənbələrə istinadən xəbər verir ki, Qazaxıstanın Qərb alıcılarının onu sanksiyaya məruz qoyan Rusiya markalı “Urals” ilə qarışdırmamaq üçün adını dəyişməyi qərara aldığı neftin ixracı Novorossiysk limanında dayandırılıb.

“Kommersant”ın həmsöhbətlərinin sözlərinə görə, buna səbəb liman sularında İkinci Dünya Müharibəsindən qalma mina ola biləcək obyektlərin tapılmasıdır. Tədqiqat üçün Rusiya limanına ildə 67 milyon ton neft nəql edən Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) uzaq yanalma qurğularına bitişik akvatoriya bağlanıb.

Növbəti minatəmizləmə işləri iyunun 20-nə planlaşdırılıb və bu, ayın sonuna qədər davam edə bilər.

Neftin nəqlinin dayanması Tokayevin Sankt-Peterburqa səfəri fonunda baş tutub, burada Qazaxıstan Prezidenti Kreml üçün gözlənilməz olan bəyanatları ləğv edib. 

"AzPolitika.info" xatırladır ki,Tokayev Putinin də iştirak etdiyi Peterburq İqtisadi Forumunda Qazaxıstanın Ukraynadan “müstəqiliyini” elan etmiş “dxr" və "lxr”-ı tanımayacağınıı deyib, onları “kvazi-dövlət” adlandırıb: “Müasir beynəlxalq hüquq BMT nizamnaməsidir. Nizamnamədə iki əsas prinsip var, hansı ki, müasir dövrdə bu iki prinsip bir-birinə ziddiyyətə gəlib çıxıb. Bunlar dövlətlərin ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etmə prinsipləridir. Birləşmiş Millətlər Təşkilatının yaradıcılarının ataları görünür həmin vaxt bu məqamı nəzərə almayıblar. Mümkündür ki, bunu bilərəkdən güzəşt kimi nizamnaməyə daxil ediblər. Əlbəttə ki, bu prinsiplər nə qədər bir-birinə zidd olsalar da, bununla bağlı fərqli anlayışlar mövcuddur. Bir kateqoriya deyir ki, dövlətlərin ərazi bütövlüyü müqəddəsdir. Digər kateqoriya düşünür ki, bu və ya digər dövlətin ərazisində olan hər hansı xalq öz müqəddəratını təyin etmə hüququna malikdir, daxil olduğu dövlətin tərkibindən çıxmaq hüququna malikdir. Əgər xalqların öz müqəddəratının təyin etmə prinsipi reallıqda Yer kürəsində həyata keçirilsə, hazırda BMT-yə daxil olan 193 dövlətin yerinə dünyada 500-600-dən çox dövlət yaranar. Əlbəttə ki, bu xaos olacaq. Ona görə də, bu prinsiplə biz nə Tayvanı, nə Kosovonı, nə Abxaziyanı, nə də Cənubi Osetiyanı tanımırıq. Görünür ki, bu prinsip Luqansk və Donetsk kvazi dövlətlərinə də tətbiq olunacaq. Bu da sizin açıq sualınıza açıq cavab”.

Tokayev həmçinin Prezident Vladimir Putinin yanında Dövlət Dumasının deputatlarına və Rusiya təbliğatçılarına da şikayət edərək, onları ölkələr arasında nifaq salmaqda ittiham edib. 

Tokayev birmənalı şəkildə “Russia Today”in rəhbəri Marqarita Simonyanın əri Tiqran Keosayana işarə edib.

Rusiya Dumasının MDB İşləri Komitəsinin rəhbəri Konstantin Zatulin Tokayevin açıqlamalarını yanlış hesab edib və “Ukrayna kimi” tədbirlərlə hədələyib.

Bundan əlavə Qazaxıstan prezidenti  Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumuna səfəri çərçivəsində Rusiyanın Aleksandr Nevski ordenindən imtina edib.

Bildirilib ki, Rusiya tərəfi Tokayevi adıçəkilən ordenlə təltif etməyi təklif edib və rədd cavabı alıb.

Qeyd edilib ki, Tokayev prezidentlik səlahiyyətləri bitənə qədər xarici mükafatları qəbul etməmək qərarına gəlib.

Tokayevin mətbuat katibi bu məlumatı təsdiqləyib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

SOCAR-ın idarə rəisi öz qızının şirkətinə xidmət təşkil edir

Politoloq: ABŞ tarixi dəyişikliklər astanasındadır...

Əhməd Vəliyevin oğlu YAP-ın deputatlığa namizədi oldu: İngiltərəyə qədər uzanan ailə biznesi 

Britaniya səfirliyindən Azərbaycan lideri ilə bağlı paylaşım: "Hər şeyin təzəsi, dostun köhnəsi"

Politoloq: Ermənistanda nə olursa olsun, keşiş bu proseslərin lideri olmayacaq...

Ağdərə rayonunun sərhədlərində mərz nişanları basdırılır

Husilər Təl-Əvivi vurub, partlayış nəticəsində bir nəfər ölüb

Podolyak: Rusiyanın məğlubiyyəti təkcə Ukraynanın 1991-ci il sərhədinə çatması ilə bağlı deyil

Birinci Qarabağ müharibəsinin şəhidi İbrahim Vəliyev İmişlidə dəfn edilib - Yenilənib

İcra başçısı 1-ci dərəcəli Vətən müharibəsi əlilini evində ziyarət edib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay