Şənbə, 20 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda xəstə baxıcısı evdən 200 minə yaxın pul oğurlayıb

Bakıda çalışdığı evdən oğurluq edən qadının məhkəməsi başa çatıb.

Qafqazinfo” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə ev sahibinin evindən 178 min manatlıq oğurluq edən xəstə baxıcısı beş il müddətinə azadlıqdan məhrum edilib. Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə iki il sınaq müddəti olmaqla cəzası şərti hesab edilib.

Qeyd edək ki, Nigar Qulamova (ad, soyad şərtidir - red.) adlı qadın ötən ilin sentyabrında Bakının Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 251 saylı evin mənzillərinin birində insult keçirmiş qadının xəstə baxıcısı kimi fəaliyyətə başlayıb. O, bunun üçün aylıq 700 manat maaş alıb.

Nigar işə başladıqdan bir ay sonra evdə təmizlik edərkən yataq otağında dolabda xeyli miqdarda pul vəsaitinin və qızıl-zinət əşyalarının olduğunu görüb. Nəticədə o, dolabdan doqquz min dollar və min manat dəyərində bir cüt sırğa-üzük dəstini götürüb.

Bundan başqa, Nigar eyni ayda yataq otağında növbəti dəfə təmizlik işi apararkən çamadanın içində külli miqdarda pul və qızıl-zinət əşyaları görüb.

Çamadandan 100 min dolları və 5000 manat dəyərində qızıl-zinət əşyaları götürən qadın ümumilikdə ev sahibinə 178 000 manat məbləğində maddi ziyan vurub.

Məhkəmə zamanı o da məlum olub ki, xəstə baxıcısı oğurluq yolu ilə əldə etdiyi puldan 100 000 manatını illik 10 faiz gəlir əldə etmək şərtilə 12 ay müddətinə banka yatırıb.

Məhkəmədə zərərçəkmiş şəxs ona dəymiş ziyanın ödənildiyi üçün Nigardan şikayətçi olmayıb.

Qeyd edək ki, Nigarın həyat yoldaşı bıçaqlanma hadisəsinə hazırda görə həbsdədir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

SOCAR-ın idarə rəisi öz qızının şirkətinə xidmət təşkil edir

Politoloq: ABŞ tarixi dəyişikliklər astanasındadır...

Əhməd Vəliyevin oğlu YAP-ın deputatlığa namizədi oldu: İngiltərəyə qədər uzanan ailə biznesi 

28 yaşlı kişi üzüyü qaytarmaq istəyən nişanlısını qətlə yetirdi - Məktəbə getməyə qoymurmuş

Kəlbəcərdə mina partlayışlarında üç nəfər yaralanıb - Yenilənib

Politoloq: Ermənistanda nə olursa olsun, keşiş bu proseslərin lideri olmayacaq...

Ağdərə rayonunun sərhədlərində mərz nişanları basdırılır

Birinci Qarabağ müharibəsinin şəhidi İbrahim Vəliyev İmişlidə dəfn edilib - Yenilənib

Britaniya səfirliyindən Azərbaycan lideri ilə bağlı paylaşım: "Hər şeyin təzəsi, dostun köhnəsi"

İcra başçısı 1-ci dərəcəli Vətən müharibəsi əlilini evində ziyarət edib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay