Bazar, 28 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Moskvanın Ukraynada məruz qaldığı general qətliamı - Rusiya sayca 9-cu generalını itirdi...

Rusiyanın Ukrayna ilə 103 gündür davam edən müharibədə bu qədər general itirməsi nəylə bağlıdır?...

Hərbi-ekspert: “Ukrayna ordusu bundan əvvəl də dəfələrlə Rusiya ordusunun komanda məntəqlərini vurub darmadağın ediblər. Bu da Ukrayna kəşfiyyatının daha effektli çalışdığını göstərir”.

“Bu günə qədər Rusiya Ukraynanın heç bir generalını öldürə bilməyib. Bu da bir daha Rusiya generallarının hesabsız, Ukrayna ordu rəhbərinin isə hesdablı çalışdığını göstərir”.

Bu sözləri hərbi-ekspert Üzeyir Cəfərli Rusiya ordusunun növbəti general itkisinin səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Dünən Ukraynada Rusiyanın sayca 9-cu olan növbəti general öldürüldü. Bu barədə Odessa vilayəti administrasiyasının sözçüsü Sergey Bratçuk məlumat verib.

Onun sözlərinə görə, ölən qondarma “DXR” ordu korpusunun komandiri, general-mayor Roman Kutuzovdur. Hərbçi Luqansk vilayətində həlak olub. Bəzi məlumatlara görə isə general Roman Kutuzovun cəsədi Ukrayna tərədə qalıb. Generalın ölümünü Rusiya Müdafiə Nazirliyi də təsdiq edib. Qeyd edək ki, bu Rusiyanın Ukraynada itirdiyi sayca 9-cu generaldır.

Rusiyanın Ukrayna ilə 103 gündür davam edən müharibədə bu qədər general itirməsi nəylə bağlıdır? Bu qədər general itkisini Rusiya ordu rəhbərliyinin naşılığı ilə əlaqələndirmək olarmı?

PİA.az-ın əməkdaşı mövzunu hərbi-ekspert Üzeyir Cəfərli ilə müzakirə edib.

Üzeyir Cəfərli: “Müharibənin gedişatı göstərdi ki, 2014-cü illə müqayisədə Ukrayna ordusu heç də Rusiya ordusundan geri qalmır, əksinə əməliyyatların hazırlanıb həyata keçirilməsində Ukrayna ordu rəhbərliyi Rusiya ordu rəhbərliyindən daha üstün qabiliyyətlərə sahibdir”.

Ayın 10-a qədər indiki komandan qarşısında Ukraynanın Şərqində olan bəzi ərazilərin nəyin bahasına olursa-olsun işğal edilməsi tapşırığının verildiyini vurğulayan ekspert PİA.az-a bildirib ki, buna görə də hərbi rəhbərlik bütün resursları səfərbər edib:

“Bu gün Ukrayna-Rusiya müharibəsinin 103-cü günüdür. Rusiya Ukraynaya qarşı qeyri-bərabər bir müharibə aparır. Qeyri-bərabər ona görə deyirəm ki, həm ordu sayına, həm silahına, həm də döyüş qabiliyyətinin keyfiyyətinə görə Rusiya Ukraynadan qat-qat üstün bir durumda idi. Ən azından belə bir görüntü var idi. Ancaq müharibənin gedişatı göstərdi ki, 2014-cü illə müqayisədə Ukrayna ordusu heç də Rusiya ordusundan geri qalmır, əksinə əməliyyatların hazırlanıb həyata keçirilməsində Ukrayna ordu rəhbərliyi Rusiya ordu rəhbərliyindən daha üstün qabiliyyətlərə sahibdir.

Müharibənin ilk günlərində Rusiya generalları fikirləşirdi ki, qısa bir müddətdə onlar qarşılarına qoyduqları hədəflərə çatacaqlar. Rusiya generallarının arxayınlığı onları pis vəziyyətdə qoydu. İndi isə onlar öz xətalarını düzəltmək məcburiyyətində qalıblar və ona görə də generallar birbaşa ön cəbhəyə gedirlər ki, ordunun əməliyyatlarına birbaşa rəhbərlik etsinlər. Bu da təbii ki, generalalrın itkiləri ilə nəticələnir. Ukrayna ordusu bundan əvvəl də dəfələrlə Rusiya ordusunun komanda məntəqlərini vurub darmadağın ediblər. Bu da Ukrayna kəşfiyyatının daha effektli çalışdığını göstərir. Onu da qeyd edim ki, bu günə qədər Rusiya Ukraynanın heç bir generalını öldürə bilməyib. Bu da bir daha Rusiya generallarının hesabsız, Ukrayna ordu rəhbərinin isə hesdablı çalışdığını göstərir.

Vəziyyətin onların gözlədiyi kimi olmadığını anlayan Rusiya rəhbərliyi buraxılan səhvləri düzəltmək üçün maksimum çalışır. Çünki Kiyev ətrafınddan sonra Ukraynanın şərqində də Rusiyanın məğlub olması Moskvanın həm siyasi, həm də hərbi iflası olacaq. Buna görə də istər siyasi rəhbərlik, istərsə də hərbi rəhbərlik vəziyyəti düzəltmək qısa müddədə qondarma Donetsk və Luqansk Xalq Respublikalarının sərhədlərini nəzarətə götürmək məqsədi ilə təzirəsalınmaz addımlar atmağa başlayıblar.

Üzeyir Cəfərli: “Faciə isə ondan ibarətdir ki, rus ordusu döyüşmək istəmir, və rus əsgərlər özlərini sadəcə ölümə tərk edilmiş qurbanlıq kimi hiss edirlər”.

Generralların öldürülməsinin səbəblərindən biri də odur ki, Rusiyanın Ukraynada uğursuz əməliyatları generalların ön cəbhəyə çıxmasına səbəb olur. Bəzi generalların lazım olmayan yerdə peyda olmaları, yəni onların atəş nöqtələrində olmaları, əlbəttə ki, itkilərlə müşahidə olunmalı idi. Bu proses bu gün də davam edir.

Bildiyimiz qədər ayın 10-a qədər indiki Ukraynanın şərqində olan hərbi birləşmələrin komandanı qarşısında nəyin bahasına olursa-olsun qondarma Donetsk və Luqansk Xalq Respublikalarının sərhədlərinə qədər işğal etmək tapşırığı verilib. Buna görə də Rusiyanın ordu rəhbərliyi bütün resursları bu məqsəd üçün səfərbər edib. Nəticə olaraq da dünən növbəti generallarını itirdilər. Ümumilikdə isə Rusiya ordusunda çox böyük uğursuzluq sindromu var. Rus ordusu əvvəl Kiyevi, Xarkovu və başqa əraziləri götürmək istəyirdilər. Amma onlar bu gün götürdükləri bir çox əraziləri də itirirlər və məcburiyyət qarşısında qalıb geri çəkilirlər. Hazırda Ukrayna ordusu cənub istiqamətində də uğurlu əks-hücumlar həyata keçirirlər.

Üzeyir Cəfərli: “Ukrayna müharibəsi bütün Rusiya üçün, Rusiya dövlətçiliyi və imperiyası üçün özüm-qalım məsələsidir. Rusiya nəyin bahasına olursa olsun qalib gəlmək məcburiyyətindədir. Bu qalibiyyət olmazsa, Rusiya imperiya deyil, dövlət belə ola bilməyəcək”.

Onu da qeyd edim ki, Rusiya Baş Qərargahı müharibə əməliyyatlarını hazırlayarkən çox səhv taktika seçdi. Müharibədə də belə səhv taktikalar bağışlanmazdır. Məsələ ondadır ki, Ukrayna müharibəsi bütün Rusiya üçün, Rusiya dövlətçiliyi və imperiyası üçün özüm-qalım məsələsidir. Rusiya nəyin bahasına olursa olsun qalib gəlmək məcburiyyətindədir. Bu qalibiyyət olmazsa, Rusiya imperiya deyil, dövlət belə ola bilməyəcək. Buna görə də bundan sonra da biz rus ordusunda general itkilərini görsək təəccüblənməməliyik.

Faciə isə ondan ibarətdir ki, rus ordusu döyüşmək istəmir, və rus əsgərlər özlərini sadəcə ölümə tərk edilmiş qurbanlıq kimi hiss edirlər. Bu da Rusiya ordusunu döyüş ruhuna ciddi təsir edir və bu döyüş ruhunun bərpa olunması üçün generallar atəş nöqtələrində olmağa məcbur qalırlar. Yəni Rusiya ordusu normal komanda mərkəzinə belə sahib deyil və generallar nəyin bahasına olursa olsun, qalib gəlməyə çalışırlar. Bu da vəziyyəti Rusiya ordusu üçün daha da mürəkkəbləşdirir. Hazırda demorilizə olunmuş Rusiya ordusu bu gün çox böyük çətinliklərlə baş-başadır. Nəticə də heç bir halda yoxdur və olmayacaq”.

Nərminə UMUDLU

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəşad Nəbiyevin uğursuz taksi islahatı… – yuxarıları aldatmaq cəhdi, yoxsa səriştəsiz fəaliyyət…

Ziya Məmmədovun qardaşından sensasion açıqlama

Şahin İsmayılov Beyləqandan niyə qovulmuşdu? – İlginc iddiaalar

Tofiq Yaqublunun məhkəməsində ittiham aktı elan olunub

Beynəlxalq səyyahlar Füzulidə minaların zərərsizləşdirilməsi prossesini izləyib - Yenilənib

“Arash Medical Company”ni Anar Bayramov üçün özəl edən səbəb...

Qurban Yetirmişlidən zəlzələ iddialarına sərt reaksiya : “Mən fala baxmıram”

“Yelo Bank”ın depozitləri azalıb – Şirkətlər 550 milyon manatı geri çəkib

Bakıda 3 vətəndaşı aldadaraq 43 min manatını mənimsəyən şəxs saxlanılıb

Ən çox oxunanalar