Bazar ertəsi, 08 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Elmira başa düşməlidir ki, bu yerə layiq deyil“ - Hafiz Hacıyev 

Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundovanın ötən gün Bakıda Xalq artisti Brilliant Dadaşovanın konsertində iştirak etməsi birmənalı qarşılanmadı. Sosial şəbəkə iştirakçıları xanım səfiri öz vəzifəsinin icrasına laqeyd yanaşmaqda, Ukraynada yaşayan azərbaycanlıların problemlərinə biganə qalmaqda ittiham etdilər. 

Diplomantın tənqidlərə reaksiyası gözlənilməz oldu. Konsertdə iştirakında heç bir qəbahət görməyən xanım səfir tənqidlərə belə cavab verdi: “Getmişəm, əcəb eləmişəm”.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Yenisabah.az-a açıqlamasında deyib ki, Elmira kimi səfirlər Azərbaycan dövlətinə baş qaxıncıdır:

“Mədəniyyəti, qabiliyyəti olan insan bunu eləməzdi. Üç mindən artıq şəhidimiz var. O konsertə getməməli idi. Dövlətçiliyi sevən insan bu cür olmalıdı. Daha sonra fikirləşməli idi ki, səfirdir. Səfirliyi qoyub, Ukraynadan qaçıb. Azərbaycan vətəndaşları orada yiyəsiz qalıb. Hələ onun fərmanı verilməyib. Başa düşməli idi ki, bu yerə layiq deyil. Bu məsələnin xalq arasında narahatlıq yaratması əsaslıdır”.

Partiya sədrinin sözlərinə görə, səfir təcili istefa verməlidir:

“Düşünürəm ki, Elmira bu gün özü gedib, ərizəsini yazmalı, təcili istefa verməlidir. Xarici İşlər Nazirliyi onun bu günə qədər etdiklərini yoxlamalıdır. O, çox nöqsanlara yol verib. Buna görə, cinayət işi qaldırılmalıdır. Dövlətə qarşı bu qədər saymamazlıq olmaz. Əgər bunu etmirlərsə, görünür haradasa, Elmiranın yanında gözükölgəliyi var”.

H.Hacıyev qeyd edib ki, o Rusiyanın bir nömrəli adamıdır:

“Qorxusundan orada qala bilmir. Rusiya kəşfiyyatına Ukraynadakı məlumatları çatdırırmış. Ukrayna dövləti bunu bildiyinə görə, oradan qaçıb, gəlib. Dünyanın axırı deyil. Elmira kimdir?! O qədər ləyaqətli insanlar var. Gedib, xalqımıza orada sahib çıxsın.

Elmira o yerə layiq deyil, baş qaxıncıdır. Elmira kimi diplomantlar olmamalıdır. Bu dövlətimizə kölgə salan məsələlərdir. Ümumiyyətlə bütün səfirlər yoxlanılmalıdır. Nöqsanlarına görə, cinayət işi açılmalıdır”.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vilayət Eyvazov qətlə yetirilən zabitin vida mərasimində - Foto

Ərdoğandan Türkiyə millisinə dəstək - Fotolar

Britaniyanın yeni naziri ilk səfərini bu ölkəyə etdi

QMİ Məhərrəm ayı ilə bağlı - Müraciət etdi

Bakıda axtarışda olan şəxs tərəfindən öldürülən polis kapitanı dəfn edilib

Bu gün II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçirilib - Yenilənib

Ukrayna Rusiyada silah anbarına vurdu - Əhali köçürülür - Video  

Dənizdə batan qadını xilas edərkən özü boğuldu

“Müharibə Rusiya dağılanda dayanacaq” - Qritsak

Axtarışda olan şəxs polisə xəsarət yetirib qaçmağa çalışdı - Yenilənib

Qətlə yetirilən polislə bağlı - Baş Prokurorluqdan açıqlama

Ən çox oxunanalar