Bazar ertəsi, 08 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Partiya sədrindən Axundovaya ittiham: “1 milyon rüşvət verdi və səfir oldu”

Azərbaycanda bəzi adamlar layiq olmadığı mövqelərə gəlirlər”.

Bunu Demokrat.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib. Partiya sədri bildirib ki, bu zaman da həmin adamlar davranışı ilə özünü insanların nəzərində saxlayır:

Elmira Axundova bir jurnalist idi, birdən-birə deputat oldu, böyük bir iş adamına çevrildi, yüzlərlə müəssisə əldə etdi. Ovaxtkı məlumata görə, o, getdi 1 milyon rüşvət verdi və səfir oldu. Hətta, ABŞ onun səfir təyin olunmasına görə Ukraynaya öz etirazını da bildirmişdi. Yəni, belə insanlardan işi buraxıb konsertə getmək, vətəndaşlarımıza kömək etməmək və s. kimi bundan artıq heç nə gözləmək olmaz. Elmira Axundovanın nəinki deputat, səfir, hətta kiçik bir dövlət müəssisəsində hər hansı bir məmur işləməyə haqqı yox idi. Ancaq Rusiya özünün bütün təmsilçilərini, onun maraqlarını müdafiə edənləri mümkün qədər çalışır ki, Azərbaycanın dövlət struktrunda yerləşdirsin. Elmira da belə adamlardan biridir”.

S.Cəlaloğlu Elmira Axundovanın yüksək maaş alması və əlavə imtiyazlardan yararlanmasından da danışıb: “Qeyri-hüquqi işlərin bütün müəssisələri də qeyri-hüquqidir. Elə adamın mənəvi haqqı yoxdur ki, deputat və səfir olsun. Bundan sonra nə əldə etməsi, nə əldə etməməsi və s. bütün bunların hamısı qanundankənar şeylərdir. Bu məsələyə yalnız siyasi qiymət verə bilərəm. Siyasi qiymətim odur ki, bu adam Rusiyanın maraqlarını müdafiə edən adamdır. Bunun səfir və deputat olması Rusiyanın bilavasitə təsiri ilə əlaqəlidir”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vilayət Eyvazov qətlə yetirilən zabitin vida mərasimində - Foto

Ərdoğandan Türkiyə millisinə dəstək - Fotolar

Britaniyanın yeni naziri ilk səfərini bu ölkəyə etdi

QMİ Məhərrəm ayı ilə bağlı - Müraciət etdi

Bu gün II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçirilib - Yenilənib

Dənizdə batan qadını xilas edərkən özü boğuldu

Bakıda axtarışda olan şəxs tərəfindən öldürülən polis kapitanı dəfn edilib

Ukrayna Rusiyada silah anbarına vurdu - Əhali köçürülür - Video  

“Müharibə Rusiya dağılanda dayanacaq” - Qritsak

Qətlə yetirilən polislə bağlı - Baş Prokurorluqdan açıqlama

Ən çox oxunanalar