Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya milyarderləri 41,48 milyard dollar itirib

Rusiyanın ən varlı sahibkarlarının ümumi sərvəti ilin əvvəlindən 41,48 milyard dollar azalıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, sərvəti ən çox azalan “Novatek” və “Sibur” şirkətlərinin ortaq sahibi Gennadi Timçenkodur. Onun sərvəti təxminən 7,06 milyard dollar azalaraq hazırda 15,4 milyard dollar olub.

Bildirilib ki, “Bloomberg Billionaires Index”in reytinqinə 25-i Rusiya vətəndaşı omaqla dünyanın 500 ən varlı adamı daxildir. İyunun 1-dək olan məlumata əsasən, onların ümumi sərvəti 341,51 milyard dollar təşkil edib.

Reytinqdə ikinci yeri tutan “Novatek”in həmsahibi Leonid Mixelsonun sərvəti nəzərəçarpacaq dərəcədə - 6,65 milyard dollar azalaraq 25,8 milyard dollar təşkil edib. Üçüncü yeri tutan NLMK-nın sahibi Vladimir Lisin ilin əvvəlindən 4,05 milyard dollar yoxsullaşaraq sərvəti 24 milyard dollar olub. Dördüncü yerdə “Severstal”ın həmsahibi Aleksey Mordaşovdur. Onun sərvəti 5,11 milyard dollar azalaraq 23,7 milyard dollar təşkil edib. Beşinci yerdə sərvəti 233 milyon dollar azalaraq hazırda 21 milyard dollar dəyərində qiymətləndirilən “Metalloinvest”, “Megafon” şirkətlərinin sahibi Əlişir Usmanovdur. Siyahıda altıncı yerdə “Lukoyl”un həmsahibi Vahid Ələkbərovdur. O, ilin əvvəlindən 3,27 milyard dollar itirib və hazırda sərvəti 18,5 milyard dollardır. Qeyd edək ki, Vahid Ələkbərov “Lukoyl”un prezidenti vəzifəsindən vaxtından əvvəl istefa verib. Siyahıda yeddinci yerdə “Evroxim” və SUEK-in keçmiş əsas sahibi Andrey Melniçenkonun sərvəti 806 milyon dollar azalaraq 16,7 milyard dollar olub. Səkkizinci yerdə sərvəti ilin əvvəlindən 2,66 milyard dollar azalaraq 15,8 milyard dollar təşkil edən “Renova”nın əsas sahibi Viktor Vekselberq qərarlaşıb. İlk onluğu “Oneksim” qrupunun sahibi Mixail Proxorov qapadır. Onun sərvəti 348 milyon dollar azalaraq 13,6 milyard dollar təşkil edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

Müştərilərin ən çox şikayət etdiyi bankların adları açıqlanıb - Siyahı

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

Türkiyə İran Prezidentinin düşdüyü qəza ilə bəzi təfərrüatları açıqlayıb

ABŞ Dövlət Departamenti Rəisinin ölümündə İran hakimiyyətini ittiham edib

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

Notariusların fəaliyyəti ilə bağlı yeni tələblər müəyyənləşib

Azərbaycanda iki teatrın adı dəyişdirilir: İşçilərinin maaşı artacaq

Xalq artisti: "Toya gedən rəqqasə pula görə özünü alçaldır"

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib

İran Prezidentinin helikopterində olan bütün cəsədlərin kimliyi müəyyən edilib

Ən çox oxunanalar