Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kalın: "Türkiyə İsveç və Finlandiya ilə danışıqları davam etdirəcək"

Türkiyənin İsveç və Finlandiya ilə məsləhətləşmələri davam etdiriləcək.

"Report" “Hürriyyet”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın Ankarada üç ölkənin nümayəndələri arasında bir neçə gün əvvəl aparılan danışıqların nəticələrini şərh edərkən deyib.

Kalının sözlərinə görə, bu ölkələrin nümayəndələri Ankaranın narahatlığını aradan qaldırmağa yönəlmiş addımlar atmaq istədiklərini bildiriblər.

“Lakin biz onlara dedik ki, məsələ təkcə xoşniyyətli bəyanatlarla həll oluna bilməz”, - Ərdoğanın sözçüsü qeyd edib.

Kalın əlavə edib ki, növbəti görüşün harada, nə vaxt, hansı formatda və hansı səviyyədə olacağı qismən İsveç və Finlandiya nümayəndə heyətlərinin Türkiyəyə necə cavab verəcəyindən asılı olacaq.

Xatırladaq ki, mayın 25-də Ankarada Prezident iqamətgahında Türkiyə, İsveç və Finlandiya nümayəndələri arasında ilkin məsləhətləşmə keçirilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda özünü asan iş adamı ilə bağlı yeni təfərrüat: "Qardaşı pəncərəni qırdı…"

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Rusiya vətəndaşı olmaq üçün qaydalar sərtləşdirilir: Nikahla bağlı yeni təklif

Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb - Yenilənib

Fəzail İbrahimlinin təşviqat kampaniyasını uğurla davam edir

Hindistanda əczaçılıq zavodundakı partlayışda ölənlərin sayı 17 nəfərə çatıb - Yenilənib

“Qarabağ”ın sabiq futbolçusu: "Dinamo"ya məğlubiyyətə üzülmək lazım deyil

Ən çox oxunanalar