Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hökümət artan qiymətlər fonunda effektiv sosial müdafiə tədbirləri görürmü?

Azərbaycan konstitutsiyaya zidd olaraq sosial dövlət anlayışından çıxır...

İqtisadçı-alim: “Azərbaycanda sosial müdafiə tədbirləri çox zəifdir və eyni zamanda mövcud situasiyaya adekvat deyil”.

“Diqqət yetirsək görəcəyik ki, ildən-ilə hətta rəsmi olaraq açılan iş yerlərinin sayında kəskin azalmalar var”.

Bu sözləri iqtisadçı-alim Qubad İbadoğlu Azərbaycanda günü-gündən pisləşən sosial müdafiə sahəsindəki vəziyyəti PİA.az-a şərh edərkən qeyd edib.

Məlumdur ki, Azərbaycanda sosial problemlər pandemiyadan və müharibədən əvvəl də kəskin xarakter daşıyırdı və bu sosial problemləri ən çox kəskinləşdirən faktor isə məmmur korrupsiyaı idi. Korrupsiyaya qarşı dekorativ mübarizə aparan hökümət eyni zamanda az təminatlı insanların sosial müdafiəsinin təşkili üçün də yetərli addımlar atmırdı. Pandemiya və müharibədən sonra isə vətəndaşların sosial müdafiə sahəsində geriləmələr aydın şəkildə hiss olunur.

Məsələ ondadır ki, dövlət qurumları, o cümlədən vətəndaşların sosial müdafiəsinin təşkili ilə məşğul olan qurumlar bu sosilal müdafiənin təşkili ilə deyil, məhz sosial müdafiəni sarsıtmağa çalışırlar. Bunun da səbəbi nazir və komitə sədrlərinin “qabaqcıl büdcə yığıcısı” yarışında “keçici bayraq” almaq hirsidir.

Əslində büdcənin doldurulması həm də sosial müdafiənin keyfiyyətinin artırılmasına xidmət etsə də, Azərbaycanda bu müşahidə olunmur. Çünki büdcəni doldurmaq adına məhz sosial müdafiəyə daha çox ehtiyacı olan kəsimlər kasıblaşdırılr və bu durum heç də keçici xarakter daşımır. Hökümət üzvlərinin çıxışlarından da görünür ki, onların əsas məqsədi xalqın rifahını təmin etmək deyil, məhz öz yerlərini isti etməkdən ibarətdir. Yəni əsl qayəsi xalqın rifahını təmin etmək olan məmurlar əslində “qabaqcıl büdcə yığıcısı” yarışının bir fərdi kimi xalqın daha çox kasıblaması üçün bütün adminstrativ resurslarını sərf edirlər.

Elə buna görədir ki, son illər də əhalinin ən çox narazı qaldığı sahələrdən biri və bəlkə də birincisi sosial müdafiə sahəsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin son illər yürütdüyü siyasət də sanki Azərbaycabda sosial dövlət anlayışının ləğv olunmasına yönəlib. Xüsusən Sahil Babayev nazir kürsüsünə oturduqdan sonra əsas işi dövlətin yardımına möhtac olan insanları bu yardımdan məhrum etmək olub. Elə bu üzdən də son bir ildə qiymətlər 30-35% faiz artdığı, insanların gəliri isə 20-30% azaldığı halda, Azərbaycanda dövlətdən sosial yardım alanların sayı da iki dəfə azalıb. Açığı bu statistika Azərbaycnada sosial müdafiənin təşkilinin səviyyəsini də çoz açıq şəkildə ortaya qoymaqdadır.

Azərbaycan vətəndaşlarının sosial müdafiəsinin təşkili ilə vəziyyəti PİA.az-ın əməkdaşı iqtisadçı-alim Qubad İbadoğlu ilə müzakirə edib.

Qubad İbadoğlu: “Azərbaycan sosial dövlət prinsiplərindən geri çəkilir. Bu anlamda Azərbaycanda sosial təminata ehtiyacı olan insanları həyatın axarına buraxıblar”.

Hökumətin sosial müdafiə ilə bağlı heç bir effektiv tədbirlər görmədiyini nəzərə çatdıran ekspert PİA.az-a açqılamasında qeyd edib ki, məmurların yürütdüyü siyasət ciddi şəkildə əhalinin yoxsullaşmasına gətirib çıxarır:

“Bəlkə də Azərbaycan çox azsaylı ölkələrdəndir ki, qiymət bahalaşması, eyni zamanda qıtlıq, istehlak xərclərinin artığı, istehlakın strukturunun dəyişməsinin aztəminatlı ailələrə neqativ təsirlərinin çoxaldığı bir zamanda, effektiv sosial müdafiə tədbirləri görmür. Halbuki konstitusiyada da təsbit olunub ki, dövlət vətəndaşlarının sosial müdafiəsini təşkil etmək üçün sosial tədbirlər həyata keçirməlidir. Amma buna rəğmən Azərbaycanda sosial müdafiə tədbirləri çox zəifdir və eyni zamanda mövcud situasiyaya adekvat deyil.

Ölkədə xərclər, məsrəflər artır, istehlakın strukturu dəyişir, aztəminatlı təbəqələr üçün öz məsrəflərini ödəmək daha da çətinləşir. Amma hökumət bununla bağlı heç bir effektiv sosial müdafiə tədbirləri görmür. Bu da ciddi şəkildə əhalinin yoxsullaşmasına gətirib çıxarır.

Qubad İbadoğlu: “Əmək bazarına yeni işçilərin daxil olmasına baxmayaraq təklif olunan işlərin sayının azalması, həm də işsizliyin çoxalması deməkdir”.

Digər bir tərəfdən əgər diqqət yetirsək görəcəyik ki, ildən-ilə hətta rəsmi olaraq açılan iş yerlərinin sayında kəskin azalmalar var. Əmək bazarına yeni işçilərin daxil olmasına baxmayaraq təklif olunan işlərin sayının azalması, həm də işsizliyin çoxalması deməkdir. Bu gün Azərbaycanda işsizlərin effektiv sosial sığorta təminatı yoxdur. Baxmayaraq ki, İşsizliyin Sığortası Fondu adı ilə işləyənlər hər il təxminən 170-180 milyon manat həmin fonda vəsait ödəyirlər.

Bu da onu göstərir ki, Azərbaycan sosial dövlət prinsiplərindən geri çəkilir. Bu anlamda Azərbaycanda sosial təminata ehtiyacı olan insanları həyatın axarına buraxıblar. Bəziləri Azərbaycanda yaşayış şərtlərinin çətinləşməsinə görə ölkəni tərk edirlər. Bəziləri isə mövcud situasiyaya adaptasiya olub ölkədə qalıb kasıblıqlarını davam etdirirlər. Çünki onların başqa yolları yoxdur”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Birlikdə özlərini meşədə asan boşanmış qadının və 11 yaş kiçik sevgilisinin fotoları - Video, Yenilənib

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

YAP-ın deputatlığa namizədləri açıqlanıb – Siyahı

Benzinə görə bu maşınların qiyməti dəyişdi - Maşın bazarında son vəziyyət

Prezident Cəbrayıl, Qubadlı və Zəngilandakı xüsusi nümayəndəsinə müavin təyin edib

Bayden prezidentlik yarışından geri çəkiləcəyini istisna etməyib

Sabir Rüstəmxanlı və İqbal Ağazadə deputatlığa namizədliyini verməyəcək

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumları 25 şəxsi cinayət başında yaxalayıb

"Boşanmış qadınla ailə qurarasınız?" - Sorğu, Video

"Birləşdik - 2024" beynəlxalq təlimi başa çatıb - Yenilənib

Ən çox oxunanalar