Bazar ertəsi, 08 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xırdalanda məktəb psixoloqları ilə görüş təşkil edilib

PİA.az xəbər verir ki, Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində rayonun ümumtəhsil məktəblərinin psixoloqları ilə görüş keçirilib. Abşeron Rayon İcra Hakimiyyətinin və Abşeron-Xızı Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə “İmtahan qabağı stresin aradan qaldırılması yolları” mövzusunda keçirilən görüşdə Rayon İcra Hakimiyyəti başçısnın müavini Gülnar Rəhimova, psixologiya üzrə fəlsəfə doktoru Elmira Mirzəyeva və təhsil işçiləri iştirak edib.

Məktəbin tədris və tərbiyə müəssisəsi olduğunu və vətəndaş yetişdirdiyini, psixoloqların təhsil prosesində nə qədər əhəmiyyətli rol oynadığını və onların üzərinə çox çətin, məsuliyyətli iş düşdüyünü qeyd edən Gülnar Rəhimova imtahanqabağı həyəcan və stresin götürülməsi, özünəinamın formalaşdırılması kimi mövzulara toxunub. Həmçinin hәdәflәrә çatmaq vә yüksәk nәticәlәr әldә etmәk üçün motivasiyanın vacibliyini və valideynlərlə işin təşkilinin əhəmiyyətini qeyd edib.

Tədbirin təşkilində göstərdikləri diqqətə görə rayon rəhbərliyinə minnətdarlığını bildirən Elmira Mirzəyeva görüş çərçivəsində keçirtdiyi təlim prosesində psixoloqlara imtahan stresinin aradan qaldırılması yolları, həyacanı və stresi idarə etmək üçün lazım olan pisxoloji texnikaları ilə tanış edib.

Daha sonra Abşeron-Xızı Regional Təhsil İdarəsinin psixoloqu İstək Bəxtiyarova məktəblərdə psixo-pedaqoji işin aparılması, şagirdlərdə iradi-psixoloji keyfiyyətlərin formalaşdırılması və gücləndirilməsi istiqamətində görülmüş işlər barədə ətraflı məlumat verib.

Sonda psixoloqları maraqlandıran suallar cavablandırılıb.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vilayət Eyvazov qətlə yetirilən zabitin vida mərasimində - Foto

Ərdoğandan Türkiyə millisinə dəstək - Fotolar

Britaniyanın yeni naziri ilk səfərini bu ölkəyə etdi

QMİ Məhərrəm ayı ilə bağlı - Müraciət etdi

Ukrayna Rusiyada silah anbarına vurdu - Əhali köçürülür - Video  

Bakıda axtarışda olan şəxs tərəfindən öldürülən polis kapitanı dəfn edilib

Dənizdə batan qadını xilas edərkən özü boğuldu

Bu gün II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçirilib - Yenilənib

“Müharibə Rusiya dağılanda dayanacaq” - Qritsak

Qətlə yetirilən polislə bağlı - Baş Prokurorluqdan açıqlama

Axtarışda olan şəxs polisə xəsarət yetirib qaçmağa çalışdı - Yenilənib

Ən çox oxunanalar