Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Ömrümü-günümü yandırdım söznən.."- Paşa Talıblı

Sizə gələn yoldu...

Özümə gəlirdim, sizə gəlmirdim!
Gəlmək də, getmək də ruhun işidir...
...və gəlib görürsən heç o yer deyil!
Amma elə yerdi Allah eşidir!..

Amma elə yerdi naməhrəm deyil;
məhrəm ayaqların izi durur, bax!
...vaxt saatla ölçülmür- vaxt yoxdu burda!
Əslində, saat tək bizi qurur, bax!

Cəmi-gözəllikdə cəmin cəmidi...
Bax, sən də durasan, ətrin də dura!
...özümə gəlirdim, sizə gəlmirdim!
Sizə gələn yoldu- gətirdi bura!


Tox kədər...

...azalmaq belə başlayır;
çox verir, az alır adam.
...hər gün tökülən saçından,
dişindən azalır adam.

Belə başlayır azalmaq...
...əlim də yarı boş gəlir!
Mənə bədrlənmiş Aydan
yarımçıq daha xoş gəlir.

Daha xoş gəlir az olan...
Az-az cana da xeyirdi!
...çoxalan tək şey azlıqdı-
Tanrı da belə deyirdi.

Çoxalan tək şey azlıqdı...
Başqası bir başqa çəm!
...tək ölməyi xoşlayıram,
bilirəm, mən tək öləcəm!


Zalımdı göy üzü, zalım...

...zalımdı göy üzü, zalım!
Köhnədən bir Ayı qalmış-
bir Ayı...hay-hayı getmiş,
bir Ayı...vay-vayı qalmış!

...göy üzündən qalana bax!
...ya gülündən ya narından!
...göy əriyib tökülmüşdü
köhnə Ayın kənarından.

...az-azdı ulduzları da,
yara sarıyanı azdı!
...yaşılı-alı hardaydı?
Hamısı sarıyanızdı!..

...zalımdı göy üzü, zalım!
Köhnədən bir Ayı qalmış-
hay-hayı getmiş bir Ayı,
bir Ayı...vay-vayı qalmış!


Barat...

...mən elə gəlirəm sözün yanından,
mən elə gedirəm sözün üstünə.
...götürüb qələmi şer yazıram,
əlimi basıram közün üstünə!

...arı tək qonacam sözün üstünə,
sözün şirəsini daşdan süzəcəm.
...ömrümü-günümü yandırdım söznən,
bir ömür yaşadım sözdən-sözəcən!

Tanrı məndən ötrü göndərib SÖZü...
Söz göyün üzündən baratdı mənə!
...söznən öldürürəm özümü, neynim,
söznən ölməyim də həyatdı mənə!

Mən sözü möhür tək basdım ömrümə...
...əlimi mən sözə basıram indi!
...aldım göy üzündən sözü barat tək-
halalca şerimi yazıram indi!


Yəni qəribədi hər şey...

...bir adı yoldu, bilirəm,
bir adı ömür- yaşadım!
...bir kimsə görmür, gedirəm,
bir kimsə demir, yaşadım!

...yaşıdam, yolnan yaşıdam!
Yolun ətri-ənbəri də!..
...görən, gedib hara çıxar?
Hara çıxsa dön bəri də...

Yolunu yaxşı bilirəm-
sularda yosun yolunu!
...bir kimsə görmür, gedirəm,
gedirəm uzun yolunu!

...ömrə-günə nə deyəsən?
...başında da qovğası hey!
Yəni hər şey ola bilər,
yəni qəribədi hər şey!

Paşa Talıblı

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Azərbaycanda gələn il dövlət büdcəsi 40 milyard manata yaxın olacaq

Bakıda məşhur avtosalonlarının sahibi həbs edildi

Azərbaycanın iqtisadi artım proqnozu açıqlanıb

Bakıda yeni ekspres marşrut fəaliyyətə başlayır

Rusiya Ermənistana öldürücü “Smerç” raketlərini verir... - Moskvanın bu U dönüşü nədən xəbər verir?

COP29 zamanı Bakıda optimallaşdırılmış nəqliyyat sxemi tətbiq ediləcək

Bakıda peşə liseyinin tələbələri arasında dava düşüb, bıçaqlanan var

Lukaşenko: Belarusa hücum üçüncü dünya müharibəsinin başlanması demək olacaq    

Sosial müdafiə və sosial təminat üzrə xərclər 600 milyon manatdan çox artırılır

Ən çox oxunanalar