Bazar ertəsi, 08 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukraynadakı səfirliyimizdən biabırçılıq: Heydər Əliyevin abidəsini ziyarət etmək istəyənləri geri qaytardılar - Fotolar

Ukraynada Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə ulu öndərin Kiyevdə adını daşıyan parkdakı abidəsini ötən gün ziyarət etmək istəyən bir qrup soydaşımız Azərbaycanın bu ölkədəki səfirliyinin biabırçı hərəkəti ilə qarşılaşıblar. 

Orada üzləşdikləri vəziyyətdən narazı qalan soydaşlarımız demokrat.az vasitəsilə bildiriblər ki, ulu öndər Heydər Əliyevin Kiyevdə adını daşıyan park mayın 10-da yüzlərlə ziyarətçinin üzünə qapadılıb. 

Soydaşlarımız sözügedən parkın qapısına qıfıl vurulduğunu bildiriblər.

"Hər il olduğu kimi, bu ildə mayın 10-da Kiyevdəki Azərbaycan səfirliyinin yanında yerləşən ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmək istəyirdik, ancaq qarşılaşdığımız mənzərə bizi məyus etdi. Parkın qapısına qıfıl vurublar, heç kəsi ziyarət etməyə içəri buraxmırlar. Azərbaycan səfirliyi də bu parkın qonşuluğunda yerləşir. Biz səfirlik əməkdaşlarından xahiş etsək də, qapını açan olmadı. Orada bizə dedilər ki, səfir Elmira Axundova Ukraynada olmadığı üçün biz parkın qapısını aça bilmərik", - deyə soydaşlarımız şikayət edib. 

Məsələ ilə bağlı Azərbaycanın Ukraynadakı səfirliyindən telefon zənglərimizə cavab verilməyib. 

PİA.az Ulu öndər Heydər Əliyevin Kiyevdəki abidəsinin hələ də bağlı olduğunu əks etdirən fotoları təqdim edir...

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vilayət Eyvazov qətlə yetirilən zabitin vida mərasimində - Foto

Ərdoğandan Türkiyə millisinə dəstək - Fotolar

QMİ Məhərrəm ayı ilə bağlı - Müraciət etdi

Britaniyanın yeni naziri ilk səfərini bu ölkəyə etdi

Bu gün II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçirilib - Yenilənib

Dənizdə batan qadını xilas edərkən özü boğuldu

Bakıda axtarışda olan şəxs tərəfindən öldürülən polis kapitanı dəfn edilib

Ukrayna Rusiyada silah anbarına vurdu - Əhali köçürülür - Video  

“Müharibə Rusiya dağılanda dayanacaq” - Qritsak

Qətlə yetirilən polislə bağlı - Baş Prokurorluqdan açıqlama

Ən çox oxunanalar