Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rus ordusu çətin vəziyyətlə üzləşir

Ukraynaya 150 milyon dollarlıq yeni silah yardımı elan edən ABŞ cəbhə xəttinə radar və artilleriya mərmiləri göndərir. Rusiya-Ukrayna sərhədində - Xarkovda döyüşün son mərhələsi yaxınlaşır. Amerika mediasının Ukraynada Rusiya generallarının öldürülməsi və bir gün fərqlə “Moskva” hərbi gəmisinin batırılmasında ABŞ kəşfiyyatının rolunu işıqlandırması Vaşinqtonda əsas mövzulardan birinə çevrilib.

Reyting.az-ın xəbərinə görə, Pentaqonun sözçüsü, polkovnik Con Kirbi bir daha diqqətə çatdırıb ki, ABŞ, rus işğalçılarından müdafiə üçün Ukraynaya kəşfiyyat məlumatları verir və digər ölkələr də eyni köməkliyi göstərirlər.

Pentaqonun sözçüsü bildirib ki, ukraynalılar aldıqları kəşfiyyat məlumatları əsasında hərəkət edib-etməmək barədə özləri qərar verirlər.

“Bizim verdiyimiz kəşfiyyat məlumatları qanuni və məhduddur”,- Pentaqon rəsmisi qeyd edib.

Amerikanın “New York Times” qəzeti yazıb ki, ABŞ kəşfiyyatı həftə ərzində Ukraynada öldürülən rus komandirlərin koordinatlarını anında verib. Bir gün sonra NBC telekanalına danışan ABŞ rəsmiləri aprel ayında Qara dənizin soyuq sularında batan Rusiya hərbi gəmisi “Moskva”nın müəyyən edilməsində ABŞ-ın rolunun olduğunu bildiriblər. Diqqətə çatdırılıb ki, ukraynalılar Odessanın cənubunda gəmi aşkar edərək ABŞ-dan kömək istəyiblər. Amerika kəşfiyyatı gəminin Rusiyanın Qara Dəniz Donanmasının “Moskva” gəmisi olduğunu müəyyənləşdirib və onun koordinatlarını ukraynalılara çatdırıblar.

ABŞ prezidenti Co Bayden isə Ukraynaya 150 milyon dollarlıq yeni silah yardımı paketini açıqlayıb. Paketə əlavə artilleriya sursatları, radar və Kiyevə rus işğalına qarşı müqavimət göstərmək üçün digər avadanlıqlar daxildir.

Ağ Evin bəyanatında deyilir ki, ABŞ Rusiyanın davam edən təcavüzünə qarşı öz ölkəsini müdafiə edən cəsur Ukrayna xalqına güclü dəstəyini davam etdirir.

Qeyd edək ki, yeni yardım paketinə 25 min 155 mm-lik artilleriya mərmisi, tıxanma avadanlığı, sahə avadanlığı və ehtiyat hissələri daxildir. Silahların tədarükü ABŞ prezidentinin xüsusi səlahiyyətindən istifadə edilməklə, Amerikanın ehtiyatlarından artıq silahların Konqresin icazəsi tələb olunmadan fövqəladə hallarda ötürülməsinə icazə verilməklə həyata keçiriləcək.

ABŞ işğalın başladığı 24 fevraldan bəri Ukraynaya ən çox silah göndərən ölkədir. İndiyədək 3,4 milyard dollarlıq silah tədarükü həyata keçirilib. Bunlara minaatanlar, tank əleyhinə “Javelin” raketləri, döyüş sursatları və bu yaxınlarda elan edilmiş “Ghost” pilotsuz təyyarələri daxildir.

C. Bayden aprelin sonunda Ukraynaya 20 milyard dollarlıq hərbi yardım da daxil olmaqla, 33 milyard dollarlıq yardım paketi təklif etmişdi. Bu təklifin Konqresdə təsdiqlənməsi gözlənilir. Nümayəndələr Palatasının və Senatın liderləri paketi tez bir zamanda təsdiq üçün təqdim etmək istədiklərini açıqlayıblar.


Cil Bayden

Buna paralel olaraq ABŞ-ın birinci xanımı Cil Bayden Rumıniya və Slovakiyadakı ABŞ bazalarını ziyarət edib. Dörd günlük Avropa turnesinə çıxan Cil Baydenin dayanacaqlarından biri Rumıniyadakı Mixail Koqalniçeanu aviabazasıdır.

Bu arada Ukrayna cəbhə xəttində ruslarla Ukrayna ordusu arasında şiddətli döyüşlər gedir. Mariupoldakı “Azovstal” Dəmir-Polad Zavodunda qapalı qalan mülki vətəndaşlardan 50-si təhlükəsiz ərazilərə təxliyə edilib.

Mariupoldan çəkilən görüntülərdə rus qoşunlarının nəhəng zavodu dənizdən, qurudan və havadan güclü bombardman etdiyi görünür. Rusiya evakuasiya üçün üç günlük atəşkəs elan etdiyini, lakin ukraynalılar hücumların davam etdiyini bildirir.

Şərq cəbhəsində rus ordusu Xarkov ətrafında geri çəkilməli olub. Ukrayna ordusu Oleksandrivka, Fedorivka, Ukrainka, Şestakove və Peremoha kəndlərini geri alıb. Çerkaski Tışki kəndinin bir hissəsi də ruslardan təmizlənib. Cəbhə xəttində irəliləyiş cari xəritəni də dəyişib.

Müharibə Araşdırmaları İnstitutu (ISW) qeyd edir ki, Ukrayna ordusunun irəliləyişini davam etdirdiyi Xarkov döyüşündə son mərhələ yaxınlaşa bilər.

ISW-nin məlumatına görə, tezliklə Xarkovun rus qoşunlarının atəş açdığı top mövqelərindən xilas olması mümkündür.

Onu da qeyd edək ki, Rusiya işğalın ilk günlərində Ukraynanın ikinci böyük şəhəri olan Xarkovu ələ keçirməyə çalışsa da, buna nail ola bilməyib. Sonrakı günlərdə Xarkovda müqavimət daha da güclənib və may ayına kimi rus işğalçıları tutduqları yerlərdən çəkilməli olublar.

Xarkov vilayətinin rus qoşunlarından təmizlənməsi paytaxt Kiyev yaxınlığından geri çəkilmək məcburiyyətində qalan Rusiya lideri Vladimir Putin üçün ikinci qorxulu yuxu ola bilər.

Fevralın 24-də başlayan işğalın birinci ayı bitməmiş rus qoşunları Kiyev və Çerniqovu tərk etməli oldular. Kiyev döyüşünün məğlubiyyəti Rusiya üçün dönüş nöqtəsidir və artıq diqqətin Donbassa yönələcəyi bildirilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Sabir Rüstəmxanlının qızı ilə boşanan müğənni ilk dəfə ayrılıqlarından danışdı - Video

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - Foto

İntim videolar çəkən FHN polkovniki şikayətini geri götürdü

Qarabağdakı sülhməramlı missiyanın fəaliyyətinə ehtiyac qalmadı...

Azərbaycanın bir qrup hərbçisi təltif edilib - Foto

Xarkov vilayətində Rusiyanın hücumu səngiyib, onlar yeni taktikadan istifadə edirlər...

Bakıda Fəvvarələr meydanında ofisiantlar bıçaqlanıb

Ən çox oxunanalar