Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Məmurları qınayırıq ki, xalqın pulunu oğurlayıb yeyiblər, Mübariz Mənsimovu nə deyib qınamaq olar?"

Mübariz Mənsimov həbsdə olanda günahsızlığı  ilə bağlı İlham Əliyevə, səhv etmirəmsə, müraciət etmişdi və hər kəs onun bu müraciətinə normal yanaşdı, təbii qarşıladı. Ancaq, məsələn, sabah bir ictimai fəal həbs olunsa və həbsxanadan prezidentə əfv müraciəti etsə, insanlar onu linç edər. Niyə? Çünki o ictimai fəalı xalq yaradıb, Mübariz Mənsimov isə özü özünü yaradıb. Xalq öz yaratdığını özü də yeyib-bitirən bir məfhumdur. Mübariz bəy özü-özünü yaratmasına baxmayaraq, həmişə özünü xalqa borclu bilən adamlardan olub və hər zaman xalqına, onun övladlarına, qazilərinə, xaricdə təhsil alan tələbələrinə diqqət, qayğı göstərib, şəhidlərimizin xatirəsini əbədiləşdirib.

O, bunları etməyə də bilər. Çünki özünün dediyi kimi, Azərbaycanda bir qəpik də pul qazanmayıb, ancaq Azərbaycan övladlarına, yenə deyirəm, həmişə qayğı göstərib, kömək eləyib. Mübariz bəyi xalq yox, məhz özü-özünü yaradıb deyə, o həbsdə olduğu müddətdə trollar nə qədər çalışsa da, Mübariz Mənsimova olan sevgidən, rəğbətdən bir çimdik də azalda bilmədi.

Korrupsioner məmurları qınayırıq ki, xalqın pulunu oğurlayıb, yeyiblər. Maraqlıdır, Mübariz Mənsimovu nə deyib qınamaq olar? O bizim cibimizə giribmi? Yox. Bizim övladlarımızın “uşaqpulu”na göz dikibmi? Yox.

Mübariz Mənsimovun təxminən iki saatdan ibarət müsahibəsinə baxdım. Onun bir iş adamı kimi mərhum prezident Heydər Əliyevə, hazırkı prezident İlham Əliyevə rəğbətinə tamamilə normal və təbii baxmaq lazımdır. Eyni zamanda mərhum prezidentimiz və mənim daha çox ideoloq kimi gördüyüm Əbülfəz Elçibəyə siyasi cəhətdən təcrübəsiz demək istəyərkən, yanlış ifadə seçməsinə də məncə, aqressiya ilə yanaşmaq lazım deyil. Çünki Mübariz Mənsimov Elçibəy sevgisini öz əməlləri ilə sübut etmiş adamdır.

Yadıma gəlir, dünya şöhrətli alim Lütfi Zadə də Heydər Əliyevə və oğlu İlham Əliyevə dövlət adamı kimi böyük hörmət və rəğbətini bildirmişdi. Onda da bir çoxları Zadənin üstünə cummuşdu ki, niyə belə deyir?

Biz cəmiyyət olaraq bütün bu illər ərzində özümüzə normal bir seçki sistemi yarada bilməmişiksə, yaxud haqqımızı, hüquqlarımızı tələb edə bilmiriksə, ədalətsiz bir siyasi sistemlə mübarizə apara bilmiriksə, aqressiyamızı uğurlu iş adamlarının, alimlərin üzərinəmi yönəltməliyik?

Kəramət Böyükçöl - Yazıçı

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Birlikdə özlərini meşədə asan boşanmış qadının və 11 yaş kiçik sevgilisinin fotoları - Video, Yenilənib

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

YAP-ın deputatlığa namizədləri açıqlanıb – Siyahı

Benzinə görə bu maşınların qiyməti dəyişdi - Maşın bazarında son vəziyyət

Prezident Cəbrayıl, Qubadlı və Zəngilandakı xüsusi nümayəndəsinə müavin təyin edib

Bayden prezidentlik yarışından geri çəkiləcəyini istisna etməyib

Sabir Rüstəmxanlı və İqbal Ağazadə deputatlığa namizədliyini verməyəcək

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumları 25 şəxsi cinayət başında yaxalayıb

"Birləşdik - 2024" beynəlxalq təlimi başa çatıb - Yenilənib

Ən çox oxunanalar