Çərşənbə, 09 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qarabağ”ın mümkün rəqibləri

UEFA Çempionlar Liqasının 2022-2023 mövsümündə Azərbaycanı “Qarabağ” komandası təmsil edəcək. Novator.az bildirir ki, turnirə birinci mərhələdən (5-13 iyul) qoşulası “Qarabağ”a həmin raundda Belarusdan “Şaxtyor”, Monteneqrodan “Sutyeska”, Farer adalarından “Klaksvik”, Maltadan “Hibernians”, Qazaxıstandan “Tobol”, Şimali Makedoniyadan “Şkupi”, Latviyadan RFS, Gürcüstandan “Dinamo” (Batumi), Kosovodan “Balkani” rəqib ola bilər. Potensial rəqiblər sırasında ilkin təsnifat mərhələsinin (21-24 iyun) iştirakçıları da var: İslandiyadan “Vikinqur”, Estoniyadan “Levadiya”.

İkinci mərhələnin (19-27 iyul) bir mümkün rəqibi bəllidir: İsveçrədən “Sürix”.

Üçüncü mərhələni (2-9 avqust) keçəcəyi halda Azərbaycan təmsilçisinə dördüncü mərhələdə (16-24 avqust) Türkiyədən “Trabzonspor”un qismət olması mümkündür.

Qrup mərhələsində (6 sentyabr-2 noyabr) İngiltərədən “Mançester Siti”, “Liverpul”, İspaniyadan “Real”, İtaliyadan “Milan”, “İnter”, “Napoli”, “Yuventus”, Almaniyadan “Bavariya”, “Borussiya” (Dortmund), Fransadan PSJ, Portuqaliyadan “Portu”, “Sportinq”, Avstriyadan “Zalsburq”, Ukraynadan “Şaxtyor” yer alır.

İlkin, birinci mərhələlərdə ələnən komandalar Konfrans Liqasına, ikinci, üçüncü, dördüncü mərhələlərdə ələnən, qruplarda üçüncü yeri tutan komandalar Avropa Liqasına köç edəcək.

Əsası 1951-ci ildə Ağdam şəhərində qoyulan “Qarabağ” komandası 1 dəfə Azərbaycan SSR-nin, 9 dəfə müstəqil Azərbaycanın çempionu olub, 6 dəfə Azərbaycan kubokunu qazanıb, 1 dəfə Çempionlar Liqasının qrup mərhələsində, 6 dəfə Avropa Liqasının qrup mərhələsində, 1 dəfə Konfrans Liqasının qrup mərhələsində oynayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Moskvada MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib - Yenilənib

Cəlilabaddakı yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub - Yenilənib

İsrailin İranın Suriyadakı səfirliyinin yaxınlığına hücumunun ilk görüntüləri yayılıb - Yenilənib

Şuşaya köçən daha 16 ailəyə açarları təqdim edilib - Fotolar

Tofiq Zülfüqarovdan sensasion müsahibə: “Sazişin mahiyyətini sonra dəyişmək istəyirlər”

Paşinyan: Ermənistan bu ay Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır - Yenilənib

Bakıda xəstəxana yaxınlığında güclü yanğın başlayıb - Yenilənib

Moskvada Vladimir Putinlə Nikol Paşinyan arasında ikitərəfli görüş keçirilib - Video

Azərbaycanda ailədə ikinci uşağa hər ay 100 manat...

Aslan İsmayılov iş adamı İlham Qasımovu ifşa etdi - “Dələduzluğunu davam etdirir...”

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay