Bazar, 08 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Putin total müharibə və səfərbərlik elan edəcək”

Rusiya-Ukrayna müharibəsi üçüncü ayda davam edərkən, Rusiya prezidenti Vladimir Putinin bir neçə gün ərzində Ukraynada total müharibə, Rusiyada isə səfərbərlik elan edəcəyi iddia edilib.

İngiltərə mətbuatı işğalın uzanmasından narahat olan rus komandirlərin hücumları artırmaq üçün ölkədə səfərbərlik elan etmək üçün Putindən Ukraynada hərtərəfli müharibəyə çağırış tələb etdiyini yazıb.

Böyük Britaniyanın müdafiə naziri Ben Uollesin sözlərinə görə, Putin mayın 9-da keçiriləcək qələbə günü tədbirlərində ehtiyatda olan hərbçilərin Ukraynadakı müharibəyə cəlb edilməsi üçün səfərbərlik elan edə bilər. NATO-nun keçmiş komandanı Riçard Şerif də bildirib ki, Qərb ölkələri Rusiyanın hücumları ilə bağlı “ən pis ssenariyə hazır olmalıdırlar”.

Bundan əvvəl mətbuatda Rusiya ordusunun Putinin Ukraynaya müdaxilənin bir neçə həftəyə başa çatacağı ilə bağlı proqnozuna reaksiya verdiyi və hücumların artırılmasını istədiyi barədə xəbərlər yayılmışdı.

Rusiya bu ayın əvvəlində müharibənin birinci mərhələsinin başa çatdığını və qoşunların Ukraynanın paytaxtı Kiyevdən çıxarılacağını və Rusiyanın dəstəklədiyi separatçıların yerləşdiyi şərq Donbass bölgəsində cəmlənəcəyini açıqlamışdı.(unikal)

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səttar Möhbalıyev vəzifədən gedərkən nə istəyib?

Deputat Hicran Hüseynova və bacısı Fransada 5 milyon avroluq villanı sökdürüb,  yenisini tikir - Foto

27 ailəlik növbəti köç karvanı Şuşa şəhərinə çatıb -  Yenilənib

Paris-2024: İlham Zəkiyev bürünc medal qazana bilər - Yenilənib

Dövlət hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə maliyyə dəstəyi göstərəcək

Zakir Həsənov Hikmət Mirzəyevlə birgə hərbçilərin sosial-məişət şəraiti ilə tanış olub

Paris-2024: Lamiyə Vəliyeva növbəti medalını qazanıb

Kapadokiya – Türkiyənin nağıl dünyası və tarixi incisi – Fotolar

Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar

Xankəndidə avtomat, pulemyot, qumbaraatan və qumbaralar tapılıb

Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazanıb

Ən çox oxunanalar