Çərşənbə axşamı, 10 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hidayət Heydərov ikinci dəfə Avropa çempionu oldu - Yenilənib

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən cüdo üzrə böyüklər arasında Avropa çempionatı Azərbaycan cüdoçuları üçün uğurlu olub.

Rüstəm Orucov bürünc medal görüşündən qalib ayrılıb. Bu onun üçüncü Avropa bürüncü, ümumilikdə isə qitə çempionatında qazandığı beşinci medaldır.

Hidayət Heydərov isə finalda qalib gələrək ikinci dəfə Avropa çempionu olub.

***

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən cüdo üzrə böyüklər arasında Avropa çempionatında Azərbaycan cüdoçusu Hidayət Heydərov ikinci dəfə qitənin ən güclüsü ola bilər.

Bu gün 73 kq çəki dərəcəsində iki cüdoçumuz mübarizəyə qoşulub.

Hidayət Adam Stodolski (Polşa), Martin Hoyak (Sloveniya) və Aleksandru Raykunu (Rumıniya) məğlub edərək yarımfinala çıxıb. O, bu mərhələdə Mark Xristovdan (Bolqarıstan) üstün olaraq karyerasında ikinci dəfə Avropa çempionatının finalına çıxıb. Onun finaldakı rəqibi Covanni Espozito (İtaliya) olacaq.

Xatırladaq ki, Hidayət Heydərov 2017-ci ildə Avropa çempionu olub.

Eyni çəkidə yarışan digər cüdoçumuz, 2016-cı ilin Avropa çempionu Rüstəm Orucov Coşua Qrin (İrlandiya) və Aleksandr Koşlyakı (Ukrayna) məğlub etsə də, meydan sahibi idmançısı Mark Xristova uduzub. O, təsəlliverici görüşdə rumın Aleksandru Raykunu məğlub edərək bürünc medal görüşündə güləşmək hüququ əldə edib. Rüstəm bürünc medal üçün digər Rumıniya təmsilçisi Adrian Sulkanı da məğlub etməlidir.

Qeyd edək ki, dünən mübarizəyə qoşulan altı cüdoçumuzdan heç biri medal qazanmayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

SSRİ-nin ilk qadın nazirinin oğlu anasının başına oyun açıb: "Məni aldatdı ki..."

Vilayət Eyvazov Xankəndiyə yeni rəis təyin etdi

Süni bahalaşmaya son qoyulur: Cəza tədbirləri başladı

Əməkdar jurnalist telekanala rəhbər təyin olundu - Foto

Bakıda evə silahlı basqın etməkdə şübhəli bilinən şəxs zərərsizləşdirilib

Masajda ölən iki yaşlı uşağın atası: "Prosedur zamanı şoka düşdü" - Yenilənib

Məşhur karate ustasının həbsi ilə bağlı yeni detallar: "Yeniyetmə qızlara porno göstərib"

Ərdoğan Türkiyəni sarsıdan cinayətdən danışdı

Azərbaycanda onlayn oyunlara qurşanan tələbə yoxa çıxdı

Türkiyəni ayağa qaldıran Narinin meyitinin yerini polislərə Zirəddin Rzayev deyib? - İddia

Ən çox oxunanalar