Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Abşeron rayonunda vətəndaş qəbulları keçirilib

Abşeron Rayon İcra hakimiyyətinin başçısı Abdin Fərzəliyevin rayonun Aşağı Güzdək qəsəbə sakinlərilə səyyar qəbul-görüşü keçirilmişdirib. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak edib/

İştirakçılar əvvəlcə Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə “Cəsur döyüşçü”, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medallarına layiq görülən şəhid Məcidov Səbuhi Ağalətif oğlunun xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə yeni inşa olunan abidə bulaq kompleksinin isatifadəyə verilməsi tədbirinə qatılıblar. Şəhidimizin doğum gününə təsadif edən mərasimdə bildirilib ki, abidə-bulaq kompleksi şəhidin adını daşıyan küçənin əvvəlində inşa olunub.

Tədbirdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın qələbəsi ilə nəticələnən Vətən Müharibəsində şəhidlərimizin keçdiyi döyüş yolundan danışılıb, Səbuhi Məcidovun vətənə göstərdiyi xidmətlərdən və şücaətlərdən bəhs edilib, məktəblilər xalqımızın zəfərinə, vətənpərvərliyə aid şeirlər səsləndirib, bədii kompozisiya təqdim edilib.
RİH başçısı Abdin Fərzəliyev daha sonra şəhid ailələri ilə görüşüb, onların qayğıları və problemləri ilə maraqlanıb.

Sonra Aşağı Güzdək qəsəbə tam orta məktəbində baş tutan səyyar qəbulda Abdin Fərzəliyev çıxış edərək bu səpkili görüşlərin mütəmadi olaraq keçirildiyini və sakinlər tərəfindən qaldırılan problemlərin həlli istiqamətində müvafiq tədbirlər görüldüyünü bildirib.

Daha sonra çıxış edən sakinlər qəsəbənin mərkəzi prospektinin yenidən qurulmasına, asfalt örtüyünün yenilənməsinə və abadlıq-quruculuq işlərinin həyata keçirilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkürlərini ifadə ediblər. Sakinlər qəsəbənin yeni yaşayış massivlərində məktəb və bağça binalarının inşa olunmasında, parkın yaradılmasında, qəzalı vəziyyətində olan qəsəbə məscidinin sökülüb yenidən tikilməsində, stadionun təmir olunmasında və idman zallarının yaradılmasında, daxili küçələrin işqlandırılmasında köməklik göstərilməsini xahiş ediblər.
Növbəti gün isə Abşeron Rayon İcra Hakimiyyətində ənənəvi vətəndaş qəbulu keçirilib. Qəbulda RİH başçısı Abdin Fərzəliyev, şəhid ailələri, qazilər və rayon sakinləri iştirak edib..

Tədbirdə sakinlər rayon ərasisində bəzi küçələrə şəhidlərin adlarının verilməsində, işə düzəlməkdə, kənd və qəsəbələrdə daxili küçələrin abadlaşdırlmasında və eləcə də digər məsələlərin həllində köməklik göstərilməsini xahiş ediblər.

Sakinlər tərəfindən qaldırılan məsələlər yerindəcə həll olunuş, müəyyən vaxt tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində Rusiya Prezidenti Vladimir Putinlə şam ediblər

Qardaşının hesabına Milli Məclisdə lövbər salan deputat...

Malik Həsənov Lotu Qulinin öldürüldüyü hoteli satıb?

Deputatlığa namizəd Əlibala Məhərrəmzadənin bu çıxışı dindarları qəzəbləndirdi - Video

Bakının 8 rayonu və Abşeronda iki gün su olmayacaq

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu

Maliyyəçi Elnur Rəhimovu “Bakı Tikiş Evi”ndən parlamentə kim və necə daşıyır?..

Küveytdə yanacaq tədarükünün kəsilməsi səbəbindən elektrikin verilişi dayanadırılıb

Ən çox oxunanalar