Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda avtomobillər üçün ehtiyat hissə qıtlığı yaranıb

Rusiya ilə Ukrayna arasında baş verən müharibə avtomobil ehtiyat bazarına da təsir edib. Qərb ölkələrinin Rusiyaya qarşı sanksiyaları, həmçinin Avropa dövlətlərinin hava məkanını Rusiyanın üzünə bağlaması bir çox məhsulların logistikasında ciddi problemlər yaradıb.

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının kommunikasiya direktoru Ramin Musayev “Report”a bildirib ki, Azərbaycanda bəzi avtomobillər üçün ehtiyat hissələrində qıtlıq yaranıb:

“Avtomobillərin ehtiyat hissələrinin daha çox Rusiya, Belarus və Ukrayna üzərindən gəldiyi üçün logistika problemləri yaranıb. Bəzi məhsulları ölkəyə gətirmək olmur. Bir neçə dilerlə danışmışam, həmçinin sifariş verilmiş avtomobillərini Avropadan gətirə bilmirlər. Çünki onlar məhsulları əvvəl Ukrayna-Rusiya sərhədindən gətirirdilər, indi müharibə ilə əlaqədar bu alınmır”.

R.Musayev deyir ki, qiymətlərin artması iqtisadiyyatın qanunu - tələb və təklif məsələsidir:

“Təklif az olduqda tələb artır, qiymətlərin yüksəlməsinə səbəb olur. Bu normal iqtisadi qanundur və heç kim də buna təsir edə bilməz. Həm də ehtiyat hissələri ilk tələb olunan mallar siyahısında olmadığı üçün heç bir dövlət strukturu da bu məsələyə təsir edə bilməz".

Avtomobillərin təmiri ilə məşğul olan Pərviz Cəfərov da təsdiqləyib ki, bazarda bəzi avtomobil markalarının ehtiyat hissələrində qıtlıq yaranıb:

“Daha çox təzə avtomobil modellərinin ehtiyat hissələrini tapmaqda çətinlik yaranıb. Bunlar “işıq, ekran, bufer, kapot, qanad, radiator və.s kimi hissələrdir. Mühərrikə aid olan ehtiyat hissələrində qıtlıq yaranmayıb. Daha çox kuzaya aid olan ehtiyat hissələrini tapmaq olmur. Onların qiymətləri də yüksəkdir. Məsələn, əvvəl orijinal şamı 160 manata alırdıq, indi isə 200 manata almaq olur".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Birlikdə özlərini meşədə asan boşanmış qadının və 11 yaş kiçik sevgilisinin fotoları - Video, Yenilənib

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

YAP-ın deputatlığa namizədləri açıqlanıb – Siyahı

Benzinə görə bu maşınların qiyməti dəyişdi - Maşın bazarında son vəziyyət

Prezident Cəbrayıl, Qubadlı və Zəngilandakı xüsusi nümayəndəsinə müavin təyin edib

Bayden prezidentlik yarışından geri çəkiləcəyini istisna etməyib

Sabir Rüstəmxanlı və İqbal Ağazadə deputatlığa namizədliyini verməyəcək

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumları 25 şəxsi cinayət başında yaxalayıb

"Boşanmış qadınla ailə qurarasınız?" - Sorğu, Video

"Birləşdik - 2024" beynəlxalq təlimi başa çatıb - Yenilənib

Ən çox oxunanalar