Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrailin maliyyə naziri Azərbaycanın fövqəladə hallar naziri ilə nəyi müzakirə edib?

Böyük ehtimalla bu görüş kreslosu laxlamaqda olan bir zamanların fövqəlnazirinin xilası məqsədi daşıyır...

Xəbər verdiyimiz kimi, İsrailin maliyyə naziri Aviqdor Libermanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir. İsrailli nazir bu gün prezident İlham Əliyev tərəfindən qəbul edilib. Görüşdə Azərbaycan ilə İsrail arasında bu il diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd edildiyi vurğulanıb, son dövrlərdə qarşılıqlı səfərlərin intensivliyinin və dinamikasının artması, həmçinin İsraildə Azərbaycan ticarət nümayəndəliyinin fəaliyyət göstərməsi və Turizm Mərkəzinin açılması müsbət amil kimi qiymətləndirilib.

Daha sonra yüksək qonaq maliyyə naziri Samir Şərifovla görüşüb və iki nazir Azərbaycan və İsrail yeni nəsil ödəniş vasitələri sahəsində əməkdaşlığı müzakirə ediblər. Azərbaycan və İsrail arasında iqtisadi-maliyyə, kiber təhlükəsizlik, yeni hesablaşma sistemləri və yeni nəsil ödəniş vasitələri, dövlət maliyyəsinin idarə edilməsi, qabaqcıl təcrübə və texnologiyalar sahələrində təcrübə mübadiləsinin genişləndirilməsi və əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri müzakirələrin əsas mövzusu olub.

Daha sonra isə İsrailli qonaq Fövqəladə Hallar Nazirliyinin inzibati binasında Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovla bir araya gəlib. FHN rəsmi veb saytında yayılan məlumata görə, görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Hər şeydən göründüyü kimi, Aviqdor Libermanın Fövqəladə Hallar Nazirliyini ziyarət etməsi protokoldan kənar baş verib və bu iki nazir arasında dostluq əlaqələrinin olması ilə əlaqləndirilə bilər. Çünki normalda İsrailin maliyyə nazirinin Azərbaycanın fövqəladə hallar naziri ilə Nazirliklər səviyyəsində rəsmi müzakirə ediləcək ortaq heç bir şey yoxdur və ola da bilməz. Nazirliyin yaydığı rəsmi məlumatdan isə belə nəticə çıxır ki, görüş dövlət səviyyəsində keçirilib. Maraqlıdır İsrailin maliyyə naziri ilə Azərbaycanın fövqəladə hallar naziri hansı sahələri müzakirə ediblər? Axı bu nazirliklərin peşəkar istiqamətdə birləşdirən ortaq nöqtə demək olar ki, yoxdur...

Böyük ehtimalla bu görüş kreslosu laxlamaqda olan bir zamanların fövqəlnazirinin xilası məqsədi daşıyır. Yəni Cənab Libermanın sıradan nazir olmadığı, dünya yəhidi çevrələrində çox yüksək nüfuz və söz sahibi olduğu, bir çox dövlət başçıları ilə dostluğu gizli deyil...

Mövzunu davam etdirəcəyik.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Üç bürcü mayın ortalarında qeyri-adi dəyişikliklər gözləyir

Gürcüstanın Baş naziri: ABŞ-nin sanksiyalar söhbəti qeyri-ciddidir

Soyuq may ayında qiyməti ilə “hərarətləndirən” kafelər: Bulvardakı vəziyyət nə zaman düzələcək? - Video

Bahar Muradova: “Nikah yaşı ilə bağlı artıq təklif irəli sürülüb”

Ağ Ev: ABŞ Gürcüstanla münasibətlərə yenidən baxa bilər

Ən çox oxunanalar