Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səudiyyə şahzadələri “dolanmaq üçün” yaxta və mülklərini satırlar

“Wall Street Journal” xəbər verir ki, Səudiyyə Ərəbistanında hakim sülalədən olan bəzi şahzadələr maliyyə problemləri səbəbindən ABŞAvropada daşınmaz əmlak və yaxtalarını satırlar.

Qəzetin məlumatına görə, vəliəhd şahzadə Məhəmməd bin Salman onların bir çox pul mənbələrini kəsib.

Nəşr yazır ki, şahzadələr “dolanmaq üçün” son illər ərzində dəyəri 600 milyon dollardan çox olan daşınmaz əmlak, yaxtalar və sənət əsərləri satıblar. Bu pullar onlara vergiləri ödəmək və əmlakın saxlanması, həmçinin təyyarə və gəmilərin parklanması xərclərini ödəmək üçün lazımdır.

Həmçinin bildirilir ki, bəzi hallarda kral sülaləsinin üzvləri vəliəhdin çox diqqətini cəlb etməmək üçün “daha ​​az dəbdəbəli aktivlərə” sahib olmaq istəyi ilə hərəkət edirlər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Separatçı necə YAP-ın İdarə Heyətinin üzvü və deputat ola bildi?

"Alov Qüllələri"ndəki görüntü gündəm oldu - Video

Putin bu gün Azərbaycana dövlət səfəri edəcək

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində Rusiya Prezidenti Vladimir Putinlə şam ediblər

Aysel Səfərli seçicilərlə görüşüb - Fotolar 

Yasamalda 10 gündür çəkilən yeni zolaq sürücüləri çaşdırır - Video

Polad Bülbüloğlu səfir kimi fəaliyyətini başa vurub

Sabirabadda ərindən şiddət gördüyü deyilən müəllimlə bağlı açıqlama

Rusiya Prezidentinin Azərbaycana səfəri başlayıb

Ən çox oxunanalar